ASAN xidmət

"ASAN xidmət"Azərbaycan Respublikasında dövlət orqanları tərəfindən vətəndaşlara göstərilən xidmətlərin həyata keçirilməsini təmin edən mərkəzlər.[1] ASAN sözünün açılışı ingiliscə "Azerbaijan Service and Assessment Network"dür (azərb. Azərbaycan Xidmət və Qiymətləndirmə Şəbəkəsi‎). "ASAN xidmət" Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə tabedir. İlk "ASAN xidmət" mərkəzi 2013-cü ildə fəaliyyətə başlayıb.[2] Hal-hazırda 27 mərkəz fəaliyyət göstərir. Onlardan 7-si Bakıda, iyirmisi isə Azərbaycanın bölgələrindədir. "ASAN xidmət"ə indiyə qədər 70 milyondan çox müraciət edilib.[3] Xidmətlərin göstərilməsində könüllülər də cəlb olunur. "ASAN xidmət" mərkəzlərində müxtəlif dövlət orqanlarının vətəndaşlara göstərdiyi xidmətlərdən başqa funksional yardımçı xidmətlər də təklif olunur. Həmçinin mərkəzlərdə sosial layihələr də keçirilir.

ASAN xidmət
  • Azərbaycan Xidmət və Qiymətləndirmə Şəbəkəsi
Loqonun şəkli
ASAN xidmət mərkəzlərinin loqosu
Ümumi məlumatlar
Ölkə Azərbaycan Azərbaycan
Yaradılma tarixi 13 iyul 2012
Tabelik Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi
Baş qərargah Bakı Bakı
Rəhbərlik
Sədr Ülvi Mehdiyev

Rəsmi saytı ASAN xidmət
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2012-ci il 13 iyulda imzaladığı 685 saylı fərmana əsasən "ASAN xidmət" mərkəzlərinin də strukturuna daxil olduğu Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi yaradıldı.[4][5][6] Həmin ilin 5 sentyabrında Prezidentin digər fərmanı ilə Agentliyin strukturu və əsasnaməsi təsdiq olundu.[7] Azərbaycan Respublikası Prezidentinin 27 aprel 2018-ci il tarixli Sərəncamı ilə Ülvi Mehdiyev Dövlət Agentliyinin sədri təyin edilib.[8]

29 dekabr 2012-ci ildə Bakıda pilot layihə olaraq ilk "ASAN xidmət" mərkəzinin açılışı oldu. Mərkəz doqquz dövlət orqanının təklif etdiyi 23 xidməti həyata keçirməklə 15 yanvar[9] tarixində fəaliyyətə başladı.[10] 3 may 2013-cü ildə Sumqayıt "ASAN xidmət" mərkəzinin açılışı olub.[11] Bundan bir neçə həftə sonra — mayın 24-də Bakıda ikinci "ASAN xidmət" mərkəzinin açılışı olub, bu mərkəz iyunun 5-də vətəndaşlara xidmət göstərməyə başlayıb.[12] 17 sentyabr 2013-cü ildə Bakıda üçüncü mərkəzin açılışı olub.[13] 2013-cü ilin sonlarında, dekabrın 21-də Azərbaycanda beşinci "ASAN xidmət" mərkəzinin açılışı oldu. Bu mərkəz Gəncədə fəaliyyətə başladı.[14] 23 yanvar 2014-cü ildə "ASAN xidmət" mərkəzlərindən istifadə edən vətəndaşların sayı 1 milyona çatdı.[15] 2014-cü ildə "ASAN xidmət" İSO 9001:2008 idarəetmə standartı üzrə beynəlxalq sertifikat əldə edib.[16][17]

2014-cü ildə mayın 7-də Bakıda sayca dördüncü "ASAN xidmət" mərkəzinin açılışı oldu.[18] Həmin ilin yayında "ASAN xidmət" səmərəli xidmət nümunəsinə və dövlət-vətəndaş münasibətlərinə verdiyi töhfələrə görə "Uğur 2013" mükafatına layiq görüldü.[19] 2014-cü ilin dekabr ayının 15-də Sabirabadda "ASAN xidmət" mərkəzinin açılışı oldu. Bu, ölkədəki yeddinci mərkəz idi.[20] Sabirabad "ASAN xidmət" mərkəzi açıldığı gün OHSAS 18001:2007 standartı üzrə beynəlxalq dərəcəli sertifikata layiq görüldü.[21] Bundan təxminən üç ay sonra, 13 mart 2015-ci ildə Bərdədə Azərbaycanda sayca səkkizinci "ASAN xidmət" mərkəzinin açılışı oldu.[22] 2015-ci ildə "ASAN xidmət" BMT-nin 2015-ci il Dövlət Xidmətləri Mükafatına (ing. United Nations Public Service Award 2015) layiq görülüb.[23] 2015-ci ilin martın 2-də "ASAN xidmət" Britaniya Əməyin Mühafizəsi Şurası tərəfindən 13 sahə üzrə keçirilən, müxtəlif dövlətlərin 700-dən çox müəssisənin müraciət etdiyi müsabiqənin "Dövlət xidmətlərinin həyata keçirilməsinin təşkilində təhlükəsiz əmək şəraitinin qurulması" sahəsi üzrə qalibi olub.[24] Həmin ilin yayında, iyulun 14-də Azərbaycanda hələlik 5 saylı Bakı "ASAN xidmət" mərkəzi açıldı.[25] 2016-cı ildə MasallıQəbələdə də "ASAN xidmət" mərkəzi fəaliyyətə başlayıb.[26] 2017-ci ildə Qubada[27], 2018-ci ildə isə Mingəçevirdə, İmişlidə və Şəkidə "ASAN xidmət" mərkəzləri fəaliyyətə başlayıb.[28] 2019-cu ildə Şamaxıda "ASAN xidmət" mərkəzi fəaliyyətə başlayıb. 2020-ci ildə Kürdəmir, Tovuz, Ağcabədi və Balakəndə "ASAN xidmət" mərkəzləri fəaliyyətə başlayıb. 2021-ci ildə 6 saylı Bakı "ASAN xidmət" mərkəzi, 2022-ci ildə 2 saylı Gəncə regional "ASAN xidmət" mərkəzi, 7 saylı Bakı "ASAN xidmət" mərkəzi və 2 saylı Sumqayıt regional "ASAN xidmət" mərkəzi, 2023-cü ildə Salyan regional "ASAN xidmət" mərkəzi və Naxçıvan regional "ASAN xidmət" mərkəzi, 2024-cü ildə Lənkəran regional "ASAN xidmət" mərkəzi fəaliyyətə başlayıb.

"ASAN xidmət" mərkəzlərində iş gedişi

"ASAN xidmət" mərkəzləri Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyin tabeliyindədir və "vahid məkan" prinsipi əsasında fəaliyyət göstərir.[29] "ASAN" modelinin altı əsas prinsipi var: operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət, etik davranış qaydalarına nəzarət və rahatlıq.[30] Mərkəzlərdə dövlət xidmətləri əlaqələndirilmiş şəkildə fəaliyyət göstərir.[31] "ASAN xidmət" mərkəzlərində vətəndaşlara xidmət daha yaxşı xidmət göstərilməsi üçün yeni üsullardan və müasir innovasiyalardan istifadə olunur.[32] Hər mərkəzdə təxminən 100-ə yaxın könüllü çalışır.[33]

Azərbaycan brendi olan[34] "ASAN xidmət" mərkəzlərində vətəndaşlara xidmət mərkəzlərin ilk mərtəbəsində yerləşən məlumat bölməsindən başlayır. Qeydiyyat prosesi avtomatlaşdırılıb, xüsusi aparatlarla həyata keçirilir. Bu işdə vətəndaşlara könüllülər kömək edir.[35] Könüllülər vətəndaşlara ərizə yazılmasında da kömək edir.[6][31] Mərkəzlərə gələ bilməyən vətəndaşlara xidmət göstərmək üçün həmçinin səyyar avtobuslardan da istifadə olunur.[36] İndiyə qədər "ASAN xidmət" mərkəzlərinə 70 milyondan çox müraciət edilib.[3] Vətəndaşlara göstərilən xidmətlərdən məmnunluq dərəcəsi 98–100% arasında dəyişir.[37]

"ASAN xidmət" mərkəzləri həftənin bazar ertəsi — cümə günləri saat 09:00-dan 19:00-dək, şənbə və bazar günləri saat 09:00-dan 17:00-dək nahar fasiləsi olmadan fəaliyyət göstərir.

Mərkəz Açılış tarixi
1 saylı Bakı[9] 29 dekabr 2012
2 saylı Bakı[12] 24 may 2013
3 saylı Bakı[13] 17 sentyabr 2013
4 saylı Bakı[18] 7 may 2014
5 saylı Bakı[25] 14 iyul 2015
6 saylı Bakı 3 avqust 2021
7 saylı Bakı 28 may 2022
1 saylı Sumqayıt[11] 3 may 2013
1 saylı Gəncə[14] 21 dekabr 2013
Sabirabad[20] 15 dekabr 2014
Bərdə[22] 13 mart 2015
Masallı[38] 3 sentyabr 2016
Qəbələ[26] 10 avqust 2016
Quba[27] 7 dekabr 2017
Mingəçevir[28] 27 fevral 2018
İmişli 22 oktyabr 2018
Şəki 29 oktyabr 2018
Şamaxı 5 dekabr 2019
Kürdəmir[39] 12 fevral 2020
Tovuz[40] 4 mart 2020
Ağcabədi[41] 3 iyun 2020
Balakən[42] 29 iyul 2020
2 saylı Gəncə 31 yanvar 2022
2 saylı Sumqayıt 20 iyul 2022
Salyan 18 aprel 2023
Naxçıvan 18 may 2023
Lənkəran 16 yanvar 2024

Dövlət orqanlarının göstərdiyi xidmətlər

[redaktə | mənbəni redaktə et]

"ASAN xidmət" mərkəzlərində müxtəlif dövlət orqanları və özəl müəssələr tərəfindən 400-ə yaxın xidmət həyata keçirilir.[43]

Səyyar "ASAN xidmət"

[redaktə | mənbəni redaktə et]
Səyyar xidmətin təşkil olunduğu avtobuslardan biri

2013-cü ilin iyunun 1-dən etibarən "ASAN xidmət"in təklif etdiyi xidmətlərdən istifadə etmək üçün mərkəzlərə gələ bilməyən vətəndaşlara xidmət göstərmək üçün zəruri müasir texnoloji avadanlıqlarla təchiz olunmuş səyyar avtobuslardan istifadə olunur.[44] Səyyar avtobuslar hər bölgədə təxminən iki həftə qalırlar.[31][45] Hal-hazırda xidmət göstərən səyyar avtobusların sayı ondur.[46] BakıSumqayıt şəhərində qeydiyyatda olan vətəndaşlar bu xidmətdən sifarişlə istifadə edə bilirlər.[47] İndiyə qədər səyyar "ASAN xidmət"ə 2 600 000 çox müraciət edilib.[3]

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin tapşırığı əsasında "ASAN xidmət" mərkəzlərinin olmadığı regionlarda vətəndaşların dövlət xidmətləri ilə təmin edilməsi üçün müasir texniki avadanlıqla təchiz olunmuş səyyar "ASAN qatar" konsepsiyası reallaşdırılıb.

Prezident İlham Əliyevin 2016-cı ilin mayında imzaladığı Fərmanla "ASAN kommunal" mərkəzlərinin yaradılması Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə tapşırılmışdı. Qısa müddətdə "ASAN kommunal" xidmətinin yaradılması üçün aidiyyəti qurumlarla bir yerdə tədbirlər görüldü "ASAN Kommunal" mərkəzlərində Azəriqaz, Azərsu, Azərişıq şirkətlərinin 45 növ kommunal xidmətləri göstərilir. Hazırda Bakı şəhərində 3 "ASAN Kommunal" mərkəzi fəaliyyət göstərir.

Funksional yardımçı xidmətlər

[redaktə | mənbəni redaktə et]

Fəaliyyət göstərən "ASAN xidmət" mərkəzlərində həmçinin bank, sığorta, hüquqi yardım, tibb, tərcümə, foto, mədəniyyət tədbirlərinə bilet satışı xidmətləri fəaliyyət göstərir.

Digər xidmətlər

[redaktə | mənbəni redaktə et]

Çağrı mərkəzi

Çağrı mərkəzi vasitəsilə Azərbaycan vətəndaşları "ASAN xidmət" mərkəzlərində göstərilən xidmətlər haqda məlumatlar əldə edə, təklif və iradlar bildirə, növbə tuta bilərlər. Bu xidmət 2013-cü ildə yaradılıb.[48] Həmçinin mərkəzlərdə yerləşdirilmiş xüsusi elektron köşk vasitəsilə də vətəndaşlar Çağrı mərkəzi ilə əlaqə saxlaya bilərlər.[49]

Onlayn növbə

"ASAN xidmət" mərkəzlərində göstərilən xidmətlərdən istifadə etmək üçün "ASAN xidmət"in saytında onlayn növbə tutmaq mümkündür.[48]

Özünə xidmət

"ASAN xidmət" mərkəzlərində vətəndaşların dövlət orqanlarının xidmətlərindən məlumatlanması, müraciətlər edə bilmələri üçün internetə çıxışı olan kompüterlər yerləşdirilib.[50]

İdeya bankı

İdeya bankı vasitəsilə vətəndaşlara sistemin inkişafı üçün öz təkliflərini verə bilərlər.[17] İndiyə qədər İdeya bankına yüzlərlə təklif göndərilib və onların bir çoxu reallaşıb.[51]

Sənədlərin çatdırılması

"ASAN xidmət" mərkəzlərində təklif olunan xidmətlərdən biri də "Sənədlərin çatdırılması" xidmətidir. Bu xidmət 1, 2, 3 və 5 saylı saylı Bakı "ASAN xidmət" mərkəzilərinə müraciət etmiş şəxslərə təklif olunur.[52]

"ASAN xidmət" vətəndaşlara xidmətdən başqa digər sahələrə də öz töhfəsini verir. "ASAN xidmət" IDEA İctimai Birliyi və "Azərsun Holdinq" MMC ilə birlikdə Azərbaycanın bir neçə bölgəsində "Hər kağızı bir yarpağa dəyişək" layihəsi çərçivəsində "Yaşıl dağ" sosial aksiyası keçirib.[53][54][55] 2015-ci ildə "ASAN xidmət"lə "Neftçi PFK" arasında titul sponsorluğu ilə bağlı müqavilə imzalanıb.[56] "ASAN xidmət" Daxili İşlər Nazirliyi və Sağlam Ailə Tibb Mərkəzinin dəstəyi ilə "Sənədsiz məktəbli qalmasın" adlı sosial aksiya keçirib. Bu aksiyanın məqsədi məktəblilərin vaxt itirmədən şəxsiyyət vəsiqələri ilə təmin olunması idi. Aksiya çərçivəsində minlərlə şagird vəsiqə ilə təmin olundu.[57] "ASAN xidmət" nəqliyyat sahəsinə də öz töhfəsini verib. "ASAN xidmət" ASAN Könüllüləri Gənclər Təşkilatı və "Bakubus MMC"-nin birgə təşkilatçılığı ilə 2015-ci ildə "Nəqliyyat bələdçisi" adlı layihə keçirilib.[58] 2016-cı ildə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində vəziyyət gərginləşdikdən sonra "ASAN xidmət" mərkəzlərində könüllülərin təşkilatçılığı Azərbaycan Silahlı Qüvvələrinə dəstək olmaq üçün "Əsgərə məktub" adlı layihəyə start verilib.[59]

ASAN Könüllüləri Gənclər Təşkilatı

[redaktə | mənbəni redaktə et]

ASAN Könüllüləri Gənclər Təşkilatı "ASAN xidmət" mərkəzlərində fəaliyyət göstərən könüllüləri birləşdirir.[60] Təşkilat 23 oktyabr 2013-cü ildə yaradılıb.[61] Elə həmin il təşkilatın ilk qurultayı keçirilib.[62] Təşkilat könüllülər üçün təlimlər, müxtəlif layihələr, yay məktəbləri təşkil edir.[63] Təşkilatın sədri Anar Musayevdir, hal-hazırda 30 mindən çox üzvü var.

Gənclər təşkilatı "ASAN Məktub" sosial proqramı, "Əsgərə Məktub" layihəsi, "Mədəniyyət Carçısı" proqramı layihələrini təşkil edib.

Aşağıdakı cədvəldə "ASAN xidmət" mərkəzlərində qeydə alınan yubiley müraciətlər göstərilib:

Say Tarix Qeydə alındığı mərkəz
1 milyon[64] 23 yanvar 2014 1 saylı Bakı "ASAN xidmət" mərkəzi
2 milyon[65] məlumat yoxdur
3 milyon[66] məlumat yoxdur
4 milyon məlumat yoxdur
5 milyon məlumat yoxdur
6 milyon məlumat yoxdur
7 milyon[67] 2 dekabr 2015 Sabirabad "ASAN xidmət" mərkəzi
8 milyon[68] 11 fevral 2016 Səyyar "ASAN xidmət"
9 milyon[69] məlumat yoxdur
10 milyon 10 iyun 2016 5 saylı Bakı "ASAN xidmət" mərkəzi
12 milyon 20 oktyabr 2016 5 saylı Bakı "ASAN xidmət" mərkəzi
18 milyon 30 oktyabr Gəncə "ASAN xidmət" mərkəzi
19 milyon 8 yanvar 2018 1 saylı Bakı "ASAN xidmət" mərkəzi
21 milyon 16 aprel 2018 ASAN Qatar
22 milyon 8 iyun 2018 Səyyar ASAN xidmət
23 milyon 26 iyul 2018 Səyyar ASAN xidmət
24 milyon 10 sentyabr 2018 Sumqayıt "ASAN xidmət" mərkəzi
25 milyon 5 noyabr 2018 5 saylı Bakı "ASAN xidmət" mərkəzi
26 milyon 25 dekabr 2018 Şəki "ASAN xidmət" mərkəzi
27 milyon 13 fevral 2019 1 saylı Bakı "ASAN Kommunal" mərkəzi
28 milyon 1 aprel 2019 4 saylı Bakı "ASAN xidmət" mərkəzi
29 milyon 14 may 2019 Bərdə "ASAN xidmət" mərkəzi
33 milyon 4 oktyabr 2019 2 saylı Bakı "ASAN xidmət" mərkəzi
34 milyon 14 noyabr 2019 3 saylı Bakı "ASAN xidmət" mərkəzi
35 milyon 19 dekabr 2019 5 saylı Bakı "ASAN xidmət" mərkəzi
50 milyon 8 fevral 2022 6 saylı Bakı "ASAN xidmət" mərkəzi
60 milyon 21 fevral 2023 Səyyar ASAN xidmət — Zəngilan, Ağalı kəndi
70 milyon 5 fevral 2024 7 saylı Bakı "ASAN xidmət" mərkəzi
  • "Uğur 2013" "səmərəli xidmət nümunəsinə və dövlət-vətəndaş münasibətlərinə verdiyi töhfələrə görə" nominasiyası qalibi: 2013;
  • İSO 9001:2008 idarəetmə standartı üzrə beynəlxalq sertifikat: 2014;
  • Sabirabad "ASAN xidmət" mərkəzi, OHSAS 18001:2007 standartı: 2014;
  • BMT-nin Dövlət Xidmətləri Mükafatı: 2015;
  • Britaniya Əməyin Mühafizəsi Şurası "Dövlət xidmətlərinin həyata keçirilməsinin təşkilində təhlükəsiz əmək şəraitinin qurulması" sahəsi üzrə mükafat: 2015;
  • "Dövlət saytı" nominasiyasında NETTY-2018
  • Azərbaycan Milli İnternet Mükafatı: 2018
  1. "Arxivlənmiş surət". 2018-05-07 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-05-03.
  2. "Azərbaycan brendi olan "ASAN xidmət"in fəaliyyətə başlamasından 5 il ötür". 2019-08-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-24.
  3. 1 2 3 "Arxivlənmiş surət". 2022-08-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-05-03.
  4. "Agentlik haqqında" (Azərbaycan). vxsida.gov.az. 2017-05-06 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 11 aprel 2016.
  5. "Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin strukturu təsdiq edildi" (az.). Lent.az. 6 sentyabr 2012. 2018-05-02 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 11 aprel 2016.
  6. 1 2 Matthias Dornfeldt. "Azerbaijan's Version of Good Governance and Combating Corruption" (İngiliscə). diplomatisches-magazin.de. 2017-03-28 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 15 aprel 2016.
  7. http://vxsida.az/redirect/post/pid/406[ölü keçid]
  8. "Arxivlənmiş surət". 2020-08-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-05-02.
  9. 1 2 ""Asan xidmət"dən paytaxt sakinlərinə şad xəbər" (az.). Lent.az. 29 dekabr 2012. 2018-02-08 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 11 aprel 2016.
  10. ""ASAN xidmət" mərkəzi fəaliyyətə başladı" (az.). Olaylar.az. 15 yanvar 2013. 2015-04-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 aprel 2016.
  11. 1 2 "Sumqayıtlıların işi "ASAN" olacaq" (az.). Lent.az. 3 may 2013. 5 May 2013 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 11 aprel 2016.
  12. 1 2 "2 saylı Bakı "ASAN xidmət" mərkəzi fəaliyyətə başlayıb" (az.). Lent.az. 5 iyun 2012. 2018-02-14 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 11 aprel 2016.
  13. 1 2 "Bakılıların işi bir az da "ASAN" laşdı" (az.). Lent.az. 17 sentyabr 2013. 2018-02-14 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 11 aprel 2016.
  14. 1 2 "Gəncədə "Asan Xidmət" Mərkəzi açılıb" (az.). Lent.az. 21 dekabr 2013. 2013-12-24 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 11 aprel 2016.
  15. ""ASAN Xidmət" in 1 000 000-cu istifadəçisi kim oldu?" (az.). Lent.az. 23 yanvar 2014. 2014-01-25 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 11 aprel 2016.
  16. ""ASAN Xidmət" İSO sertifikatı aldı" (az.). Lent.az. 25 fevral 2014. 2017-04-26 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 11 aprel 2016.
  17. 1 2 "ASAN successes acknowledged in UK Parliament" (İngiliscə). teas.eu. 23 iyul 2014. 2015-06-01 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 18 aprel 2016.
  18. 1 2 "4 saylı Bakı "ASAN xidmət" mərkəzi açıldı" (az.). Lent.az. 7 may 2014. 19 July 2017 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 11 aprel 2016.
  19. "Azərbaycan iqtisadiyyatının liderləri "Uğur" mükafatına layiq görüldülər" (az.). Trend İnformasiya Agentliyi. 5 iyun 2014. 2016-11-09 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 15 aprel 2016.
  20. 1 2 "Prezident Sabirabad rayonuna səfər edib" (az.). Lent.az. 15 dekabr 2014. 2014-12-16 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 11 aprel 2016.
  21. ""ASAN xidmət" beynəlxalq dərəcəli sertifikata layiq görülüb" (az.). Trend.az. 18 dekabr 2014. 2016-02-09 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 28 aprel 2016.
  22. 1 2 "Qarabağ bölgəsində ilk "ASAN xidmət" mərkəzi açıldı" (az.). Lent.az. 13 mart 2015. 2015-03-20 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 11 aprel 2016.
  23. ""ASAN xidmət" BMT-nin mükafatına layiq görülüb" (az.). Lent.az. 12 may 2015. 26 April 2017 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 11 aprel 2016.
  24. "Əmək mədəniyyəti və milli inkişaf" (az.). Azərbaycan Dövlət İnformasiya Agentliyi. 21 fevral 2015. 2020-07-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 aprel 2016.
  25. 1 2 "Prezident 5 saylı Bakı "ASAN xidmət" mərkəzinin açılışında" (az.). Lent.az. 14 iyul 2015. 2016-11-11 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 11 aprel 2016.
  26. 1 2 "Prezidentin tapşırığına əsasən "ASAN xidmət" fəaliyyətini və əhatə dairəsini genişləndirir" (az.). Azərbaycan Dövlət İnformasiya Agentliyi. 13 yanvar 2016. 2020-07-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 aprel 2016.
  27. 1 2 "Arxivlənmiş surət". 2018-02-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-05-02.
  28. 1 2 "Arxivlənmiş surət". 2018-07-06 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-05-02.
  29. Elmidar Əliyev. ""ASAN xidmət" Azərbaycan məhsuludur, Azərbaycan brendidir" (az.). Anspress.com. 7 may 2014. 5 August 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 aprel 2016.
  30. Kamal Cəfərov. "Azerbaijan's one-stop public service shop is driving up efficiency" (İngiliscə). The Guardian. 31 iyul 2013. 2018-07-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 aprel 2016.
  31. 1 2 3 Çingiz Rüstəmov. ""Guardian" qəzeti: Azərbaycanın dövlət xidmətləri üçün "bir pəncərə" mərkəzi səmərəliliyi artırır" (az.). Azərbaycan Dövlət İnformasiya Agentliyi. 1 avqust 2013. İstifadə tarixi: 12 aprel 2016.
  32. Elmidar Əliyev. "Azerbaijan: State Agency for Public Services and Social Innovations Under President Established". Trend.az (İngiliscə). Unpan.org. 19 may 2014. 21 July 2017 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 15 aprel 2016.
  33. Elmidar Əliyev. "İnam Kərimov: "Artıq "ASAN xidmət"i könüllülərsiz təsəvvür etmək olmaz"" (az.). Anspress.com. 19 may 2014. 3 August 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 aprel 2016.
  34. Nailə Məmmədova. "Asan və şəffaf xidmət prinsipi" (az.). Lent.az. 22 dekabr 2015. 2014-12-25 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 12 aprel 2016.
  35. Çingiz Rüstəmov. "Bakının rüşvətsiz yaşamaq praktikasından reportaj" (az.). Anspress.com. 18 yanvar 2013. 2020-08-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 aprel 2016.
  36. Çingiz Rüstəmov. "Səyyar ASAN xidmət Beyləqanda" (az.). Anspress.com. 3 aprel 2015. 2016-02-10 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 12 aprel 2016.
  37. "Prezident İlham Əliyev 5 saylı Bakı "ASAN xidmət" mərkəzinin açılışında" (az.). Milli.az. 14 iyul 2015. 2015-07-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 aprel 2016.
  38. "Prezident "ASAN xidmət"ə 9 milyon manat ayırdı" (az.). lent.az. 17 dekabr 2015. 2018-07-06 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 19 aprel 2016.
  39. "Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi - XƏBƏRLƏR » Tədbirlər" (az.). president.az. 2020-08-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-06-06.
  40. "Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi - XƏBƏRLƏR » Tədbirlər" (az.). president.az. 2021-04-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-06-06.
  41. "Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi - XƏBƏRLƏR » Tədbirlər" (az.). president.az. 2021-07-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-06-06.
  42. "Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi - XƏBƏRLƏR » Tədbirlər" (az.). president.az. 2021-04-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-08-15.
  43. "Arxivlənmiş surət". 2022-06-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-05-03.
  44. ""ASAN xidmət"ə iki milyonuncu vətəndaş müraciət etmişdir" (az.). Azərbaycan Dövlət İnformasiya Agentliyi. 25 iyun 2014. İstifadə tarixi: 12 aprel 2016.
  45. Çingiz Rüstəmov. "Bəzi rayonlarda səyyar "ASAN xidmət" fəaliyyət göstərəcək" (az.). Anspress.com. 5 iyun 2013. İstifadə tarixi: 12 aprel 2016.[ölü keçid]
  46. "Prezidentin tapşırığına əsasən "ASAN xidmət" fəaliyyətini və əhatə dairəsini genişləndirir" (az.). Azərbaycan Dövlət İnformasiya Agentliyi. 13 yanvar 2016. 2020-07-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 aprel 2016.
  47. "Sifarişli səyyar ASAN xidmət artıq Sumqayıtda" (az.). Lent.az. 20 aprel 2016. İstifadə tarixi: 22 aprel 2016.[ölü keçid]
  48. 1 2 Rəvan. "Sabahdan "108" "Çağrı" mərkəzi vasitəsilə "ASAN xidmət" növləri haqqında məlumat almaq mümkün olacaq" (az.). ictnews.az. 31 yanvar 2013. 2022-03-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 aprel 2016.
  49. Rəvan. ""ASAN xidmət" Çağrı mərkəzi 1 yaşında" (az.). azvision.az. 1 fevral 2014. İstifadə tarixi: 18 aprel 2016.[ölü keçid]
  50. "Özünəxidmət" (az.). Asan.gov.az. 2016-04-08 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 18 aprel 2016.
  51. ""ASAN xidmət"in "İdeya Bankı"nın əhatə dairəsi genişlənir" (az.). Trend İnformasiya Agentliyi. 10 aprel 2015. İstifadə tarixi: 18 aprel 2016.[ölü keçid]
  52. ""ASAN xidmət"dən daha bir yenilik – sənədlərin çatdırılması" (az.). Azərbaycan Dövlət İnformasiya Agentliyi. 17 mart 2016. İstifadə tarixi: 22 aprel 2016.
  53. Mahir Babayev. ""Yaşıl dağ" aksiyası maraqla qarşılanır" (az.). Azərbaycan Dövlət İnformasiya Agentliyi. 6 noyabr 2015. İstifadə tarixi: 13 aprel 2016.
  54. "Kağızlardan "Yaşıl dağ" yaratdılar" (az.). Milli.az. 6 oktyabr 2015. İstifadə tarixi: 13 aprel 2016.
  55. "Növbəti "Yaşıl dağ" Bərdədə!" (az.). Azvision.az. 22 dekabr 2015. 2015-12-23 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 13 aprel 2016.
  56. ""Neftçi" futbol klubu ilə "ASAN xidmət" arasında əməkdaşlıq müqaviləsi imzalanıb" (az.). Azərbaycan Dövlət İnformasiya Agentliyi. 17 oktyabr 2015. İstifadə tarixi: 13 aprel 2016.
  57. Ülviyyə R. Əli. ""ASAN xidmət"dən "Sənədsiz məktəbli qalmasın" aksiyası" (az.). Oxu.az. 26 noyabr 2015. 2015-11-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 aprel 2016.
  58. ""ASAN xidmət" və "BakuBus"dan birgə layihə" (az.). 525.az. 2 oktyabr 2015. İstifadə tarixi: 15 aprel 2016.
  59. ""Əsgərə Məktub!" layihəsinə başlandı" (az.). lent.az. 5 aprel 2016. İstifadə tarixi: 19 aprel 2016.[ölü keçid]
  60. Lalə Quluzadə. "ASAN Könüllüləri Gənclər Təşkilatı" (az.). oley.az. 2015-08-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 18 aprel 2016.
  61. "ASAN Könüllüləri Gənclər Təşkilatı Tarixi" (az.). asanyouth.az. 2016-07-25 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 18 aprel 2016.
  62. Tural Səftərov. ""ASAN Könüllüləri Gənclər Təşkilatı" İB-nin Qurultayı keçirilir" (az.). interaztv.com. 19 dekabr 2013. 2018-05-10 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 18 aprel 2016.
  63. Mustafa Dadaşov. "Qaxda ASAN könüllülərinin II Yay məktəbi başa çatıb" (az.). Azərbaycan Dövlət İnformasiya Agentliyi. 30 avqust 2015. 2019-07-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 aprel 2016.
  64. ""ASAN xidmət" mərkəzində 1 milyonuncu vətəndaş qeydə alınıb". salamnews.az (az.). arxiv.az. 23 yanvar 2014. İstifadə tarixi: 18 aprel 2016.[ölü keçid]
  65. İlkin İzzət. ""ASAN xidmət"ə 2 milyonuncu vətəndaş müraciət edib" (az.). Trend İnformasiya Agentliyi. 25 iyun 2014. İstifadə tarixi: 18 aprel 2016.[ölü keçid]
  66. Şahin Həbibov. ""ASAN xidmət"də 3 milyonuncu" (az.). anspress.com. 23 yanvar 2014. 2020-08-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 aprel 2016.
  67. Şahin Həbibov. ""ASAN xidmət"də 7 milyonuncu vətəndaş müraciəti qeydə alınıb" (az.). salamnews.org. 2 dekabr 2015. 2016-01-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 aprel 2016.
  68. Şahin Həbibov. ""ASAN xidmət" mərkəzlərinin elektron növbə sistemində 8 milyonuncu vətəndaş müraciəti qeydə alınıb" (az.). salamnews.org. 15 fevral 2016. 2022-03-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 aprel 2016.
  69. "ASAN xidmətin fəaliyyətinə dair son statistik məlumatlar" (az.). Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi. 2016-04-21 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 28 aprel 2016.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]