Abiotik amillər

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.

Abiotik amillər (yun. a- inkar, bios- həyat) — cansız təbiət amilləri.[1]

Ümumi məlumat

Abiotik amillər canlı orqanizmlərə təsir göstərən qeyri-üzvi mühit şəraitinin məcmusu kimi başa düşülür. Bu amillər kimyəvi (atmosferin, dəniz sularının, şirin suların, torpağın və s-nin kimyəvi tərkibi), fiziki və ya iqlim (temperatur, atmosfer təzyiqi, hava kütləsinin qarışığı, külək, kosmik radiasiya, günəş radiasiyası və s.) amillərə bölünür. Abiotik amillərin canlı orqanizmlərin həyatında rolu çox böyükdür və bu təsiri ekologiya elmi öyrənir. Bu termin, əsasən, ekologiyada işlənir. İnsanın təsərrüfat fəaliyyəti torpağın strukturuna və tərkibinə, su rejiminə, biosferdə maddələr dövranına təsir göstərərək uzun təkamül ərzində orqanizmlərin adaptasiya olunmuş abiotik amillərini nəzərə çarpacaq dərəcədə dəyişə bilər.[2]

Həmçinin bax

Abiogenez

Xarici keçid

ORQANİZMİN YAŞAYIŞ MÜHİTİ. EKOLOJİ AMİLLƏR

İstinadlar

  1. Axundov M.A., Mehrəliyev Ə.Ə., Əliyev A.R., Muradova E.Ə. Bioloji terminlər lüğəti. Bakı, 2005, 260 s.
  2. Qərib Məmmədov, Mahmud Xəlilov. Ensiklopedik ekoloji lüğət. Bakı-Elm-2008. 727 səh.