Abutalıb Qasımov

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Abutalıb Qasımov
Şəxsi məlumatlar
Doğum tarixi 25 may 1956(1956-05-25)
Doğum yeri
Vəfat tarixi 11 dekabr 2018(2018-12-11) (62 yaşında)
Partiya

Qasımov Abutalıb Ağa oğlu (25 may 1956, Culfa rayonu11 dekabr 2018) — Naxçıvan Muxtar Respublikasının Təhsil Naziri (1994–1995), Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin birinci müavini (1995–2000)

Həyatı

Abutalıb Qasımov 1956-cı il may ayının 25-də Culfa rayonunun Saltaq kəndində anadan olub.

1963–1973-cü illərdə orta məktəbdə təhsil alıb və oranı fərqlənmə attestatı ilə bitirib.

1974-cü ilin dekabr ayından 1975-ci ilin iyul ayına qədər Naxçıvan Dövlət Pedoqoji İnstitutunun hazırlıq şöbəsində oxumuşdur. 1975-ci ilin avqust ayından 1979-cu ilin dekabr ayınadək Naxçıvan Dövlət Pedoqoji İnstitunun Tarix fakültəsində təhsil almış və buranı fərqlənmə diplomu ilə bitirmişdir.

1988-ci ildə Azərbaycan EA Tarix İnstitutunun aspiranturasında qiyabi yolla təhsilini başa vurmuş, namizədlik dissertasiyası müdafiə edərək tarix elmləri namizədi alimlik dərəcəsi almışdır.

Abutalıb Qasımov 11 dekabr 2018-ci ildə qəflətən dünyasını dəyişmişdir.

Fəaliyyəti

1973-cü ilin sentyabr ayından 1974-cü ilin dekabr ayına qədər Culfa rayonunun C. Cabbarlı adına kolxozunda fəhlə işləyib.

1979-cu ilin avqust ayından 1984-cü ilin avqust ayınadək Culfa rayonunun Saltaq kənd orta məktəbinin tarix müəllimi, 1984-cü ilin sentyabr ayından 1990-cı ilin iyul ayınadək həmin məktəbin direktoru işləmişdir.

1991-ci ilin avqust ayından 1994-cü ilin oktyabr ayınadək Naxçıvan Dövlət Unversitetində elmi katib, Azərbaycan tarixi kafedrasında baş müəllim, 1995-ci ilin dekabr ayından isə həmin kafedranın dosenti vəzifəsində işləmişdir.

Siyasi fəaliyyət

1990-cı ilin iyun ayından 1991-ci ilin iyun ayınadək Culfa rayon Partiya Komitəsində şöbə müdiri, 1991-ci ilin iyun-avqust aylarında isə Naxçıvan Dövlət Universitetində ilk partiya təşkilatı katibi olaraq çalışmışdır.

1994-cü ilin oktyabr ayından 1995-ci ilin dekabr ayınadək Naxçıvan Muxtar Respublikasının Təhsil Naziri, 1995-ci ilin dekabr ayının 23-dən səlahiyyət müddəti qurtarana qədər — 2000-ci il dekabr ayının 7-dək Naxçıvan Muxtar Respublikasın Ali Məclisi Sədrinin birinci müavini vəzifəsində işləmişdir. 1995–2005-ci illərdə Naxçıvan MR Ali Məclisinin II çağırışının deputatı olmuşdur.

Ailəsi

A. Qasımov ailəli olmuşdur.2 oğlu, 2 qızı, 9 nəvəsi vardır.

Abutalıb Qasımov Kəngərli tayfasındandır. Ata-babaları XX əsrin 30-cu illərində repressiya dövrünün təzyiqləri nəticəsində Kəngərli soyadından zorla uzaqlaşdırılmış, babası Qasım xanın adı ilə Qasımovlar soyadını qəbul etmişlər.

Naxçıvan Muxtar Respublikasının Ali Məclisi tərəfindən 2005-ci ildə buraxılan "Naxçıvan Ensiklopediyası"nın təkmilləşmiş və yenidən işlənmiş ikinci nəşrində, ikinci cilddə səhifə 87-də Abutalıb Qasımov da daxil olmaqla, Kəngərlilərin Vəkil-Sultan qolunun 500 illik cədvəli verilmişdir.

İstinadlar

Xarici keçidlər