Acar kərtənkələsi

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Acar kərtənkələsi
Elmi təsnifat
Beynəlxalq elmi adı

Acar kərtənkələsi (lat. Darevskia mixta) — heyvanlar aləminin xordalılar tipinin sürünənlər sinfinin pulcuqlular dəstəsinin əsl kərtənkələlər fəsiləsinin qayalıq kərtənkələsi cinsinə aid heyvan növü.

Təsviri

Orta ölçülü, uzunluğu 63 mm olan kərtənkələdir. Başı sıxılmış formaya malik olur. Boğaz nahiyəsində 20-28 pulcuq vardır. Bədəninin orta hissələrində 40-55 pulcuq olur. Mirvari-yaşıl və yaşılın müxtəlif çalarlarında olurlar. Bədəninin aşağı nahiyəsi boğazın aşağı hissəsinə qədər yaşıl-sarı olur. Başında xırda tünd nöqtələr vardır.

Yayılması

Mesxeti silsiləsi, Acarıstan, Gürcüstanın cənub hissəsi Borjomi dərəsi, Kürün yatağı kənarları boyunca, Meqreli öndağlığı boyunca yayılmışdır. Hazırda isə areal kiçik hissələrə bölünmüşdür.

Əsasən öndağlıq ərazilərdə meşəönü, çay kənarı və dağ çöllərində yayılırlar. 800-2000 m yüksəkliklərdə yayılırlar. 1 km maşrut üzrə 40-50 baş kərtənkələyə rast gəlinir. Bəzi hallarda ağac üzərində belə görünürlər.

Xüsusiyyətləri

Müxtəlif həşaratlar və ya kiçik onurğasızlarla qidalanırlar. İyun ayında 2-5 olmaqla yumurta qoyurlar. Balalar isə avqust ayında yumurtadan çıxırlar.

İstinadlar

  1. The Reptile Database (ing.). / P. Uetz 2015.

Mənbə

Həmçinin bax