Adem Kılıççı

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Adem Kılıççı
Şəxsi məlumatlar
Ləqəbi Swordsman
Vətəndaşlığı
Doğum tarixi 18 aprel 1986(1986-04-18)[1] (38 yaş)
Doğum yeri
Boyu 185 sm.
İdman növü boks
Rəsmi saytı

Adem Kılıççı (18 aprel 1986[1], Ağrı[d]) — türk boksçusu. İstanbulda Fənərbaxça Boks Şöbəsinin üzvüdür[2].

Həyatı

Adem Kılıççı 5 mart 1986-cı ildə Ağrıda anadan olub. Əslən Azərbaycan Türklərinin alt qrupu hesab olunan Qarapapaq tayfasına mənsubdur.[3] Ailəsi Ağrıya Qafqaz köçləri ilə birgə köçmüşdür. Bu barədə o Fənərbaxça TV-yə verdiyi müsahibəsində bildirib.[4] Gənclik illərindən boksla maraqlanıb və məşqini Ağrıda alıb. Ağrı İbrahim Çeçen Universitetində təhsil alan Adem Kılıççı 2004-cü ildən Fənərbaxçanın boks komandasında çalışır. 2008 və 2012-ci il Olimpiadalarında Türkiyəni boksda təmsil edən Kılıççı 2016-cı il Olimpiadasına vəsiqə qazansa da, iştirak edə bilməyib.

Survivor Macərası

Acun Ilıcalının təqdim etdiyi Survivor yarışmasında 2017-ci ildə finala çıxsa da, Ogeday Girişkendən sonra ikinci olub. Survivor 2018 yarışmasında Nagihan Karadere ilə finala yüksələn Kılıççı həmin mövsümün çempionu olub və hal-hazırda Survivor All Star-2022-də yarışaraq finala qədər irəliləyib. Başdan sona qədər güclü yarışma sərgilməsinə baxmayaraq finalda sms səsverməsində rəqibinə məğlub olaraq 2-ci yerin sahibi olub. Hələ boksla məşğul olan Adəm Kılıççı 2019-cu ildə "Sportial" adlı idman zalı açıb.

Nailiyyətlər

  • 2004-cü ildə Antalyada keçirilən boks üzrə dünya çempionatında gümüş medal qazanmışdır[5]
  • 2007-ci ildə Çikaqoda keçirilən Həvəskar Boks üzrə Dünya Çempionatında bürünc medal qazandı[6]
  • 2008-ci il Yay Olimpiya Oyunları çərçivəsində avqustun 10-da 69 kiloqram çəki dərəcəsində ilk raundda ingilis Billy Joe Saundersə 14–3 hesabı ilə uduzdu. İlk raundda 2–0, 2-ci raundda 6–1, 3-cü raundda isə 11–2 hesablı geridə qalan Kılıçcı matçı da 14–3 hesabı ilə uduzdu[7]
  • 2009-cu ildə Aralıq dənizi Oyunlarında gümüş medal qazanıb. (Paskara, İtaliya)
  • 2011-ci ildə böyüklər arasında Avropa çempionatında gümüş medal qazandı. (Ankara)
  • 2012-ci ildə London Olimpiadasında iştirak edib. Beynəlxalq Olimpiya Komitəsinin 1 fevral 2017-ci il tarixli qərarı ilə o, dopinq testində dehidroxlormetil testosteron (turinabol) adlı qadağan olunmuş maddə aşkar edildiyi üçün London Olimpiadasından kənarlaşdırılıb və dərəcəsi (5-ci yer) ləğv edilib[8][9]
  • 2013-cü ildə Aralıq dənizi Oyunlarında qızıl medal qazandı. (Mərsin)
  • 2014–2015-ci il Dünya Boks Federasiyasının (AIBA) təşkilatçılığı ilə APB Peşəkar Boks Liqasında Dünya Çempionu kimi Rio Olimpiadasında iştirak etmək hüququ qazanıb. Nümunəsində qadağan olunmuş maddə aşkar edildiyi üçün o, Rioya gedə bilməyib.[10]
  • 21 yanvar 2017-ci ildə yayımlanan 2017 Survivor heyətində iştirak etdi və Məşhurlar komandasında yarışdı. Qrand finalda 2-ci oldu.
  • 10 fevral 2018-ci ildə yayımlanan Survivor All Star 2018-də Məşhurlar heyətində iştirak etdi. Böyük finalda Nagihan Karadereni son səsvermədə keçərək çempion olub.
  • 15 yanvar 2022-ci ildə yayımlanan 2022 Survivor 2022: All Star heyətində iştirak etdi və Məşhurlar komandasında yarışdı. Qrand finalda 2-ci oldu.

İstinadlar

  1. 1 2 https://www.olympedia.org/athletes/112918.
  2. "Arxivlənmiş surət". 2017-03-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-29.
  3. https://www.ajanskonya.net/survivor-2017/adem-kilicci-kurt-mu-evli-mi-adem-kilicci-nereli-detaylari-h14001.html (#bare_url_missing_title). 2021-04-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-10.
  4. https://youtube.com/FbHOi310V9Y?si=OEmXfIhXL30QozgF (#bare_url_missing_title).[ölü keçid]
  5. https://web.archive.org/web/20071109000040/http://www.fisu.net/site/page_421.php
  6. https://web.archive.org/web/20100613065841/http://aiba.org/documents/site1/wch_chicago/C75W57.pdf
  7. "Arxivlənmiş surət". 2018-03-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-29.
  8. https://web.archive.org/web/20170201121451/http://www.sabah.com.tr/spor/tum-sporlar/2017/02/01/adem-kiliccida-doping-cikti
  9. "Arxivlənmiş surət". 2020-11-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-29.
  10. "Arxivlənmiş surət". 2017-03-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-29.