Aleksandr Andronov

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Aleksandr Andronov
Aleksandr Aleksandroviç Andronov
Doğum tarixi
Doğum yeri Rusiya, Moskva
Vəfat tarixi (51 yaşında)
Vəfat yeri Rusiya, Qorki
Vətəndaşlığı Rusiya Rusiya
Milliyyəti rus
Atası Aleksandroviç
Elm sahələri fizika, mexanika, riyaziyyat
Elmi dərəcələri professor (1934), akademik (1946), fizkia-riyaziyyat elmləri doktoru
İş yeri
Təhsili
Tanınmış yetirmələri Mark Ayzerman[1]
Üzvlüyü
Mükafatları "Qırmızı ulduz" ordeni

Aleksandr Andronov – rus fiziki, SSRİ EA akademiki (1946), Qorki universitetinin professoru (1934). Əsərləri qeyri-xətti rəqslər nəzəriyyəsinə və avtomatik tənzimləmə nəzəriyyəsinə aiddir. Andronov qeyri-xətti rəqslər nəzəriyyəsi məsələləri üçün ilk effektiv riyazi metod vermişdir (1928). Bu metod vasitəsilə avtorəqslərin dəqiq nəzəriyyəsinin əsaslarını yaratmış, radiotexnika, avtomatik tənzimləmə və s. sahələr üçün mühüm əhəmiyyəti olan qeyri-xətti məsələlərin həllinə tətbiq etmişdir. Qeyri-xətti rəqslər sahəsində elmi məktəb yaratmışdır. [2]


Xarici keçidlər

İstinadlar

  1. Mathematics Genealogy Project (ing.). 1997.
  2. Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 1-ci cild: A – Argelander (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2009. səh. 494. ISBN 978-9952-441-02-4.