Allahyar Nəsibov

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Allahyar Nəsibov
Allahyar İsgəndər oğlu Nəsibov
Doğum tarixi
Doğum yeri Oxçuoğlu, Amasiya rayonu, Ermənistan SSR, SSRİ
Vəfat tarixi (37 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan SSR, SSRİ
Vəfat səbəbi Sovet Ordusunun təcavüzü
Dəfn yeri Şəhidlər Xiyabanı, Azərbaycan SSR, SSRİ
Atası İsgəndər Nəsibov
Milliyyəti azərbaycanlı

Allahyar İsgəndər oğlu Nəsibov — 20 Yanvar şəhidi.

Həyatı

Allahyar İsgəndər oğlu Nəsibov 1952-ci il aprelin 6-da Ermənistan SSR Amasya rayonunun Oxçuoğlu kəndində anadan olub[1].

Ermənistandan, Rusyanın Krasnodar şəhərinə köçmüşdür. 1989 cu ilin Avqust ayında ailəsi ilə birlikdə Azəbaycanda, ermənilərlə olan münaqişəni eşidib, Vətəninə sahib çıxmaq üçün Krasnodardan Bakıya köçmüşdür. İxtisasca tarix müəllimi idi və Azərbaycanın, Türklərin tarixini çox gözəl bilirdi. Vətəninə və millətinə bağlı vətənpərvər insan idi.

Dörd övladı qalıb. Şəhidlər xiyabanında dəfn edilib.

Qardaşı Tariyelin dediklərindən:

" — O gecə Allahyarı axtara-axtara XI Qızıl Ordu metrosunun üstünə gəldik. Burada Allahyarı tapdıq. Bu vaxt qabaqdan bir nəfəri arxaya gətirdilər. Boğazından yaralanmışdı. Bu ilk yaralılardan idi. Mən ona dedim ki, gəl evə gedək, bunlar, camaatı qıracaqlar. O cavab verdi ki, niyə qorxursunuz, qoy beş-onumuz da ölək. Sonra çaxnaşma düşdü. Biz bir-birimizi itirdik. Xeyli gizləndik. Sonra onu tapa bilməyib respublika xəstəxanasına gəldim. Elə bil duymuşdum ki, nəsə olub ona. O isə artıq keçinmişdi. "

Həmçinin bax

İstinadlar

Xarici keçidlər

  • Qulu Kəngərli. 20 Yanvar şəhidləri (PDF). Bakı: Gənclik. 1992. 312 səh. ISBN 4702060204. 2015-07-17 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2017-01-18.