Allahyar İsgəndər oğlu Nəsibov — 20 Yanvar şəhidi.
Allahyar Nəsibov | |
---|---|
Allahyar İsgəndər oğlu Nəsibov | |
Doğum tarixi | |
Doğum yeri | Oxçuoğlu, Amasiya rayonu, Ermənistan SSR, SSRİ |
Vəfat tarixi | (37 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Vəfat səbəbi | Sovet Ordusunun təcavüzü |
Dəfn yeri | Şəhidlər Xiyabanı, Azərbaycan SSR, SSRİ |
Atası | İsgəndər Nəsibov |
Milliyyəti | azərbaycanlı |
Allahyar İsgəndər oğlu Nəsibov 1952-ci il aprelin 6-da Ermənistan SSR Amasya rayonunun Oxçuoğlu kəndində anadan olub[1].
Ermənistandan, Rusyanın Krasnodar şəhərinə köçmüşdür. 1989 cu ilin Avqust ayında ailəsi ilə birlikdə Azəbaycanda, ermənilərlə olan münaqişəni eşidib, Vətəninə sahib çıxmaq üçün Krasnodardan Bakıya köçmüşdür. İxtisasca tarix müəllimi idi və Azərbaycanın, Türklərin tarixini çox gözəl bilirdi. Vətəninə və millətinə bağlı vətənpərvər insan idi.
Dörd övladı qalıb. Şəhidlər xiyabanında dəfn edilib.
Qardaşı Tariyelin dediklərindən:
— O gecə Allahyarı axtara-axtara XI Qızıl Ordu metrosunun üstünə gəldik. Burada Allahyarı tapdıq. Bu vaxt qabaqdan bir nəfəri arxaya gətirdilər. Boğazından yaralanmışdı. Bu ilk yaralılardan idi. Mən ona dedim ki, gəl evə gedək, bunlar, camaatı qıracaqlar. O cavab verdi ki, niyə qorxursunuz, qoy beş-onumuz da ölək. Sonra çaxnaşma düşdü. Biz bir-birimizi itirdik. Xeyli gizləndik. Sonra onu tapa bilməyib respublika xəstəxanasına gəldim. Elə bil duymuşdum ki, nəsə olub ona. O isə artıq keçinmişdi. |