Alp kərtənkələsi

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Alp kərtənkələsi
Elmi təsnifat
Beynəlxalq elmi adı

Alp kərtənkələsi (lat. Darevskia alpina) — heyvanlar aləminin xordalılar tipinin sürünənlər sinfinin pulcuqlular dəstəsinin əsl kərtənkələlər fəsiləsinin qayalıq kərtənkələsi cinsinə aid heyvan növü.

Təsviri

Orta ölçüyə malik olan kərtənkələ 65 mm uzunluğa malik olur. Quyruq isə iki dəfə uzundur. Başı nisbətən sıxılmış formaya malik olur. Boğazın orta nahiyəsində 18-27 pulcuq olur. Bədəninin orta hissəsində isə 40-45 pulcuq vardır. Bədəninin yuxarı hissəsi ot-yaşılı, sarı-yaşılı, qəhvəyi-boz rənglərdə olur. Bu hissədə tünd nöqtələr vardır. Qarın nahiyəsi sarı və ya yaşılı-sarı rəngdə olur.

Yayılması

Qafqaz dağlarının yüksək dağlıq qurşaqlarında Elbrus dağı ətəklərindən Krasnodar vilayəti ərazisinə qədər olan ərazilərdə yayılmışlar. Yüksək dağlıq ərazilərin qayalıqlarında, hündürlüyü 1800–2400 m olan ərazilərdə yayılırlar. Sayları 1 km məsafədə 45-65 baş təşkil edir.

Xüsusiyyətləri

Əsasən cücülər, xırda onurğasızlar və molyusklarla qidalanır. İyunun sonu 4-5 yumurta qoyurlar. Balalar avqusta yumurtadan çıxır.

İstinadlar

  1. The Reptile Database (ing.). / P. Uetz 2015.

Həmçinin bax