Krasnodar diyarı və ya Krasnodar ölkəsi[3] (rus. Краснодарский край) — Rusiya Federasiyası subyektlərindən biri.
Krasnodar diyarı | |
---|---|
Краснодарский край | |
45°22′ şm. e. 39°26′ ş. u.HGYO |
|
Ölkə | |
İnzibati mərkəz | Krasnodar |
Tarixi və coğrafiyası | |
Yaradılıb | 13 sentyabr 1937 |
Sahəsi |
|
Saat qurşağı |
|
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
ISO kodu | RU-KDA |
Telefon kodu | 861[1], 862[1] |
Avtomobil nömrəsi | 23, 93, 123 |
Rəsmi sayt | |
Vikianbarda əlaqəli mediafayllar |
Krasnodar Diyarının sahəsi 76.000 km2, əhalisi 5 mln. nəfərdir. Ümumi əhalinin 54%-i şəhərlərdə yaşayır, sıxlıq 1 km2-də 66 nəfərdir. Əsas şəhərlərinə Krasnodar (mərkəz) , Şoçi, Novorossiysk, Armavir, Eysk (diyarda cəmi 26 şəhər var) aiddir. Ərazi Böyük Qafqazın qərb hissəsində və Kuban-Azovətrafı ovalıqda yerləşir. Diyarın şərq hissəsi Stavropol yüksəkliyinə söykənir. İqlimi mülayim kontinentaldan subtropikə keçid ilə xarakterizə olunur. Yanvarın orta temperaturu düzənlikdə −4°S, sahildə 5°S, iyulun orta temperaturu düzənlikdə 22–24°S, 2200 m hündürlüklü dağlarda 12°S-dir. Düzən ərazilərə ildə 400 mm, dağlara isə 3200 mm yağıntı düşür. Yüksəkdağlıqda buzlaqlar vardır. Qərbi Ön Qafqaz düzənliyində məhsuldar karbonatlı qaratorpaqlar, dağlarda qonur dağ-meşə, yüksəkdağlıqda isə dağ-çəmən torpaqları yayılmışdır. Çöllərin 80%-i şumlanmışdır. Dağlarda enliyarpaq və iynəyarpaq meşələr, daha yüksəkdə isə subalp və alp çəmənlikləri vardır (Tuapse-Soçi rayonunda qarışıq Kolxida meşələri). Rəngarəng heyvanat aləminə malikdir. Əsas çayı Kuban və onun qollarıdır (Laba, Urup, Belaya). Bir neçə su anbarı yaradılmışdır (Krasnodar və s.). Qərbi Qafqazın yüksəkdağlıq ərazisində çoxsaylı kiçik karst gölləri vardır. Taman yarımadasında və Azov dənizi sahili göllərlə zəngindir.Krasnodar diyarı çöllər zonasında yerləşdiyindən təbii şərait əhalinin həyatı, eləcə də kənd təsərrüfatının inkişafı baxımından əlverişlidir. Ərazidə az miqdarda neft, qaz, tikinti materialları (gips, mergel, dolomit, sement, mərmər), duz yataqları, çoxsaylı mineral su mənbələri vardır.[4]
Diyar ərazisində 100-ə yaxın millətin nümayəndəsi yaşayır: ruslar (87%), ukraynalılar (4%), ermənilər (4%), beloruslar, adıgeylər, Krım tatarları, tatarlar, gürcülər, azərbaycan türkləri və s.
Sənayesi yeyinti, maşınqayırma, tikinti materialları və b. ibarətdir. Çoxlu miqdarda şəkər tozu, bitki yağı, konservlər istehsal olunur. Şəkər tozu və bitki yağı istehsalına görə Rusiyada tayı bərabəri yoxdur. Dağ çayları hidroenerji ehtiyatları ilə zəngindir. Neft, qaz və tikinti materialları ehtiyatına malikdir. Sənaye Krasnodarda, Novorossirskdə və k/t rayonlarında yerləşir. Qara dəniz sahillərində iri kurort şəhərləri yerləşir. Krasnadar taxıl istehsalına görə Rusiyanın əsas ərzaq diyarı hesab olunur. Burada buğda, çəltik, qarğıdalı əkinləri geniş yayılmışdır. Şəkər çuğunduru, günəbaxan, tərəvəz istehsalına görə Rusiyada birinci yerdə durur. Az miqdarda subtropik təsərrüfat – çayçılıq, meyvəçilik inkişaf etdirildi. Kuban diyarında iri südlük ətlik, qoyunçuluq, donuzçuluq, quşçuluq sahələrinə malikdir. Nəqliyyatı yaxşı inkişaf etmişdir, Novorossiysk, Tuapse kimi iri limanları vardır.
1.Abinsk rayonu
Bu toponim Türk mənşəli aba tayfasının adının təhrif edilmiş variantıdır.Monqol yürüşləri zamanı,bir hissəsi daha qədim zamanlarda Hun tayfa birliyində gəlmişlər.
2.Apşeronsk rayonu
Bu toponim Türk mənşəli avşarların adındandır.
3.Belaya Qlina rayonu
4.Beloreçensk rayonu
Bu toponimin qədim adı Aksu idi.Bu rus dilinə tərcümə edilmiş variantıdır.
5.Bryuxovetskaya rayonu
6.Vıselki rayonu
7.Qulkeviç rayonu
8.Dinskaya rayonu
9.Yeysk rayonu
Şəhərin əsl adı Ay olmuşdur.Yey təhrif olunmuş variantıdır.
10.Qafqaz rayonu
11.Kalininskaya rayonu
12.Kanevskaya rayonu
Bu yer adı iki hissədən ibarətdir.Birinci hissədəki söz kan-xan sözüdür ki bu söz məlumdur.İkinci söz isə ev sözüdür ki bu da xan evi mənasındadır.Şəhərin əsl adı Xanev olmuşdur.
13.Korenovsk rayonu
14.Krasnoarmiya rayonu
15.Krılovskaya rayonu
16.Krımsk rayonu
17.Kurqaninsk rayonu
Əsl adı Kurqan-en olmuşdur.
18.Kuşevskaya rayonu
Bu adında Türk mənşəli Qıpcaq tayfası olan quşların adı ilə bağlıdır.Ev isə məskən,yurd deməkdir.
19.Labinsk rayonu
20.Leniqradskaya rayonu
21.Mostovskoy rayonu
22.Novokubansk rayonu
23.Novopokrovskaya rayonu
24.Şerbinovskaya rayonu
25.Ust-Labinsk rayonu
26.Otradnenskaya rayonu
27.Pavlovskaya rayonu
28.Primorsko-Axtarsk rayonu
29.Severskaya rayonu
30.Slavyansk rayonu
31.Starominskaya rayonu
Bu toponimdə türk mənşəli minqlərlə bağlıdır.Minqlərin isə Qafqaza gəlməyi məlumdur. Monqol yürüşləri zamanı minqlərin bir qismi qərbə gəlmişdir.Staro ruscə eski,qədim deməkdir.
32.Tbilisskaya rayonu
Tiflis adının gürcücə deyiliş formasıdır.
33.Temryuk rayonu
Digər Türk yeradları kimi bu adda təhrifə məruz qalmışdır.Yer adı temr yuk birləşməsindən ibarətdi.Temr-temir-təmir-dəmir sözüdür.Yuk isə yük sözüdü.
34.Timaşevsk rayonu
35.Tixoretsk rayonu
36.Tuapse rayonu
Bu yer adına gəlinə iki sözün birləşməsindən əmələ gəlmişdir.Tuap-tuaf-qəribə və se-su sözünün birləşməsindən əmələ gəlmişdi.
37.Uspenskoe rayonu
Bu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir. |
Rusiya haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |