Alp vudsiyası

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Alp vudsiyası
Elmi təsnifat
Beynəlxalq elmi adı

Alp vudsiyası (lat. Woodsia alpina) — vudsiyakimilər fəsiləsinə aid bitki növü.

IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Təhlükəli həddə yaxın olanlar" kateqoriyasına aiddir. Azərbaycanın nadir növüdür.

Qısa morfoloji təsviri

Çoxillik, 6–8 sm hündürlüyündə, kiçik bitkidir. Yarpaqları tutqun-yaşıl, pərdəşəkilli, pulcuqlu, saplağı sarımtıl-boz, yarpaq ayasından qısa, qaidəsində bir ötürücü topalı, seqmentləri 6–8 cüt ovalşəkilli, sorusları yetişəndə öz aralarında qovuşandır, sporun səthi xırda yuvacıqlıdır.

Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri

Sporların yetişmə dövrü iyul-sentyabr aylarına təsadüf edir. Yüksək dağ və alp qurşaqlarında, nadir hallarda meşə zolaqlarında, qayalıqlar və daşlıq ərazilərdə rast gəlinir. Dekorativ bitkidir.

Yayılması

Böyük Qafqazın Quba sahəsi, Böyük Qafqazın şərq hissəsi (Oğuz rayonu, Fil-Fil kənd ətrafı), Böyük Qafqazın qərb hissəsi (Sidlov dağı), Kiçik Qafqazın Şimal hissəsi (Göygöl və Cəbrayıl qəsəbəsi ətrafı), Diabar(Lerik rayonu), Lənkəranın dağlıq hissəsi (Yardımlı rayonu).

Sayı və tendensiyası

Az sayda, məhdud biotoplarda rast gəlinən populyasiyalara malikdir.

Məhdudlaşdırıcı amillər

Təbii areallarının çox məhdud olması. Antropogen amillər. Ətraf mühit amillərinə həssaslıq.

Mühafizə tədbirləri

Vaxtaşırı monitorinqlərin aparılması.

Sinonimləri

İstinadlar

Həmçinin bax