Alp vudsiyası (lat. Woodsia alpina) — vudsiyakimilər fəsiləsinə aid bitki növü.
Alp vudsiyası | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Şöbə: Sinif: Yarımsinif: Dəstə: Yarımdəstə: Fəsilə: Cins: Növ: Alp vudsiyası |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Təhlükəli həddə yaxın olanlar" kateqoriyasına aiddir. Azərbaycanın nadir növüdür.
Çoxillik, 6–8 sm hündürlüyündə, kiçik bitkidir. Yarpaqları tutqun-yaşıl, pərdəşəkilli, pulcuqlu, saplağı sarımtıl-boz, yarpaq ayasından qısa, qaidəsində bir ötürücü topalı, seqmentləri 6–8 cüt ovalşəkilli, sorusları yetişəndə öz aralarında qovuşandır, sporun səthi xırda yuvacıqlıdır.
Sporların yetişmə dövrü iyul-sentyabr aylarına təsadüf edir. Yüksək dağ və alp qurşaqlarında, nadir hallarda meşə zolaqlarında, qayalıqlar və daşlıq ərazilərdə rast gəlinir. Dekorativ bitkidir.
Böyük Qafqazın Quba sahəsi, Böyük Qafqazın şərq hissəsi (Oğuz rayonu, Fil-Fil kənd ətrafı), Böyük Qafqazın qərb hissəsi (Sidlov dağı), Kiçik Qafqazın Şimal hissəsi (Göygöl və Cəbrayıl qəsəbəsi ətrafı), Diabar(Lerik rayonu), Lənkəranın dağlıq hissəsi (Yardımlı rayonu).
Az sayda, məhdud biotoplarda rast gəlinən populyasiyalara malikdir.
Təbii areallarının çox məhdud olması. Antropogen amillər. Ətraf mühit amillərinə həssaslıq.
Vaxtaşırı monitorinqlərin aparılması.