Alqış Həsənoğlu

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Alqış Həsənoğlu
Şəxsi məlumatlar
Doğum tarixi 1969
Doğum yeri
Fəaliyyəti jurnalist
Elmi fəaliyyəti
Elmi dərəcəsi
  • filologiya elmləri namizədi[d]

Təltifləri "Tərəqqi" medalı — 2005
"Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı"Azərbaycan Respublikasının əməkdar jurnalisti" fəxri adı — 2022

Alqış Həsən oğlu Musayev (1969, Nüvədi, Meğri rayonu) — filologiya elmləri namizədi, Azərbaycan Respublikası Milli Məclisinin II çağırış[1] deputatı.

Həyatı

1969-cu ildə Zəngəzur mahalının Meğri rayonunun Nüvədi kəndində anadan olub. Ermənistandan azərbaycanlıların deportasiya olunması nəticəsində 1991-ci ildə ailəsi ilə birlikdə Azərbaycan Respublikasına köçmək məcburiyyətində qalıb.

1994-cü ildə Bakı Dövlət Universitetinin filologiya fakültəsini bitirib.

Filologiya üzrə fəlsəfə doktorudur. Evlidir, iki oğlu, bir qızı var.[mənbə göstərin]

Siyasi-ictimai fəaliyyəti

1993-cü ildən "Yeni Azərbaycan" qəzetində jurnalist kimi fəaliyyətə başlayıb. 1997–2008-ci illərdə bu qəzetin baş redaktoru olub. 2021-ci ildə yenidən həmin qəzetin baş redaktoru təyin olunmuşdur.

Azərbaycan Respublikası II çağırış Milli Məclisin deputatı seçilib.

I, II, III qurultaylarda Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü seçilib.

Təltif və mükafatları

  • 2005-ci ildə "Tərəqqi" medalı ilə təltif olunmuşdur.[2]
  • 30 noyabr 2022-ci ildə “Əməkdar jurnalist” fəxri adı ilə təltif olunub.[3]

İstinadlar

  1. İkinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatları haqqında seçildikləri tarixə olan qısa MƏLUMATLAR. meclis.gov.az Arxivləşdirilib 2017-06-29 at the Wayback Machine  (az.)
  2. "Azərbaycan mətbuat işçilərinin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2022-09-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-16.
  3. Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirak edən şəxslərə “Əməkdar jurnalist” fəxri adının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı