Nüvədi (1994-cü ildən: Nrnadzor) — Zəngəzur mahalının Meğri rayonunda kənd.[2]
Nüvədi | |
---|---|
38°53′39″ şm. e. 46°28′44″ ş. u.HGYO | |
Ölkə | |
Region | Sünik mərzi |
Rayon | Meğri rayonu |
Tarixi və coğrafiyası | |
Sahəsi |
|
Mərkəzin hündürlüyü | 625 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəsmi dili |
|
Nüvədi kəndinin adı 1593-cü ildə Osmanlı İmperiyasının İrəvan əyalətinin İsgəndərqalası livasının nahiyəsi Masırı nahiyəsinin kəndi olaraq adı çəkilir.(25 ailə yaşadığı) [3]
Nüvədi Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Meğri rayonunda, rayon mərkəzindən 16 km şimal-şərqdə yerləşir. 1929-cu ilədək Nüvədi kəndi Azərbaycanın Zəngilan rayonunun tərkibinə daxil idi. 1929-cu ildə Nüvədi kəndinin Ermənistanın Meğri rayonuna verilməsi ilə bağlı Azərbaycan hökumətinin rəsmi qərarı 1969-cu ilin may ayında Azərbaycan SSR Ali Soveti tərəfindən təsdiq edilmişdir.
Toponim "dağ ətəyində ovuq, çökək yer" mənasında işlənən nüyək, nüək, nüyəx,[4][5] "iki tərəfi qaya olan sahə" mənasında işlənən nüy[6] sözünə fars dilində "kənd" mənasında işlənən "deh" sözünün variantı olan "di" sözünün[7][8] qoşulması yolu ilə əmələ gəlmişdir. Relyef əsasında yaranan mürəkkəb quruluşlu toponimdir.
Ermənistan prezidentinin 1994-cü il fərmanı ilə kəndin adı dəyişdirilib Nrnadzor qoyulmuşdur.
25 oktyabr 2020-ci ildə Nüvədi kəndinin sakinləri Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyeva müraciət ediblər.[9]
18 iyun 2021-ci ildə Nüvədi kəndinin sakinləri BMT Baş katibinə, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarına, BMT-nin İnsan Hüquqları Şurasının rəhbərinə, BMT-nin Qaçqınların İşləri üzrə Ali Komissarına, İslam Əməkdaşlıq Təşkilatının rəhbərinə, ATƏT-in hazırkı sədrinə, Avropa Şurasının Baş Katibinə, Avropa Şurası Parlament Assambleyasının Prezidentinə, eləcə də UNESCO-nun baş direktoruna və İSESCO-nun rəhbərinə müraciət ünvanlayıblar. 452 ailə adından hazırlanan, onların hər birinin imzaları və müvafiq sübutlarla təqdim edilən müraciət 55 vərəqdən ibarətdir. Müraciətdə Nüvədi kəndinin sakinləri Azərbaycan xalqının multukultural və tolerant adət-ənənələrindən çıxış edərək dinc erməni xalqı ilə birgəyaşayış qaydalarına hazır olduqlarını bildiriblər. Qeyd edilib ki, bütün insan hüquqları sənədləri: 1948-ci il tarixli Ümumdünya İnsan hüquqları Bəyannaməsi, 1951-ci il Qaçqınların statusu haqqında Beynəlxalq Konvensiya, 1966-cı il beynəlxalq paktları, BMT-nin 1998-ci il tarixli Məcburi köçkünlərlə bağlı Rəhbər Prinsipləri, BMT-nin İqtisadi və Sosial Şurasının 2005-ci ildə qəbul etdiyi Qaçqınlar və məcburi köçkünlər üçün ev və əmlak restitusiyası Prinsipləri və digər beynəlxalq sənədlər onların qayıtmaq hüququnu tam təsdiqləyir. Vurğulanır ki, Nüvədi kəndindən qovulmuş azərbaycanlılar öz əvvəlki tarixi yaşayış yerlərinə geri qayıtmalarını, Nüvədi kəndinin tarixi, mədəniyyət və dini abidələrinin qorunmasına dəstək istəyirlər. Hazırda Nüvədi kəndinin bütün tarixi qəbiristanlıqları vəhşicəsinə dağıdılıb və dağıdılmaqda davam edir. müraciəti Nüvədi kəndinin ən yaşlı sakini olan 86 yaşlı Tamaşa Hüseynova, Ermənistan SSR Parlamentinin keçmiş deputatı 90 yaşlı Musa Yusibov, akademik Fikrət Əliyev və hüquq elmləri doktoru, professor Əmir Əliyev və b. imzalayıblar.[10]
7 avqust 2021-ci ildə Nüvədi kəndinin əhalisinin deportasiyasının 30 illiyinə (1991-2021) həsr edilmiş “Nüvədi harayı: pozulmuş hüquqların bərpası” adlı beynəlxalq elmi-praktik konfrans keçirilib. Konfransa Azərbaycan, Türkiyə, ABŞ, Ukrayna və Qazaxıstandan ümumilikdə 500-dək alim, politoloq, ictimai xadim, Nüvədi ziyalıları qoşulub.[11] Konfransın iştirakçıları Azərbaycan Prezidenti İlham Əliyevə müraciət qəbul ediblər.[12]
19 avqust 2021-ci ildə İrəvan Türk Cümhuriyyətinin mühacir hökuməti Ermənistanın nəzarətində olan Nüvədi kəndinin Azərbaycana qaytarılması üçün Prezident İlham Əliyevə və Azərbaycan Milli Məclisinə müraciət ünvanlayıb.[13]
2022-ci ilin sentyabrında Ermənistan Baş naziri Nikol Paşinyan bu gün parlamentdəki çıxışında Zəngəzurun Nüvədi kəndindən danışıb. Paşinyan çıxışında Azərbaycanın sovet dövründə Ermənistana qanunsuz verilən əraziləri, o cümlədən Azərbaycanla Naxçıvan arasında yerləşən Nüvədi kəndini tələb etdiyini bildirib.[14]
Nüvədi kəndi Xudafərin körpüsündən 192 km şimali qərbdə, Bəzzeyn qalasından 55-60 km cənubda, Araz çayının sol sahilində 4-km şimal məsafəsində yerləşir. Ordubad və Zəngilan rayonları arasında 12.600 ha ərazidən ibarət olub Mehri rayonunun ən böyük kəndi idi (1929-çu ildə ərazisi 18.200 ha olmuşdur). Bakı-Naxçıvan dəmir yolunun Mehri rayonu ərazisindən keçən 46 km–dən 26 km-i Nüvədinin ərazisindən keçirdi. Axırıncı əhalinin siyahıya alınmasına əsasən Mehri rayonunda 14.400 əhali olmuşdur ki, onlardan 4.660 nəfəri azərbaycanlı-Nüvədidə isə 1384 nəfər.
Mehri rayonunun ümumi gəliri 13.860.000 man olub ki, onun 11.000.000 dağ-mədən sahəsinə aid olmuşdur. Kənd təsərrüfatına düşən 2.860.000 manatdan 850.000-i Nüvədinin payına düşmüşdür.Rayonda 18.000 xırdabuynuzlu heyvandan 3.000-i, 1.550 iribuynuzlu mal-qaradan 500-ü Nüvədidə olmuşdur. 1987-ci ildə rayonda istehsal olunmuş 1.800 ton üzümdən 530 tonunu Nüvədi vermişdir.
Kəndin adı 1590-cı ildə tərtib edilmiş "İrəvan əyalətinin müfəssəl dəftəri"ndə Nüyədə,[15] erməni,[16] rus dilli[17][18] mənbələrdə Nyuvadi formalarında qeyd edilir. Yerli əhali isə kəndə Nüyədi, Nüədi deyirdilər.
Kənddə 1831-ci ildə 291 nəfər, 1873-cü ildə 705 nəfər, 1886-cı ildə 1083 nəfər, 1897-ci ildə 952 nəfər, 1904-cü ildə 771 nəfər, 1914-cü ildə 1072 nəfər yalnız azərbaycanlı yaşamışdır.[19]
1918-ci ildə kənd erməni təcavüzünə məruz qalaraq sakinləri qırğınlarla ata-baba torpaqlarından deportasiya olunmuşdur. İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra sağ qalanlar öz evlərinə dönə bilmişdir.
Burada 1922-ci ildə 662 nəfər, 1926-cı ildə 480 nəfər, 1931-ci ildə 590 nəfər,[19] 1979-cu ildə 1700 nəfər[20] yalnız azərbaycanlı yaşamışdır. Ermənistan dövlətinin xüsusi göstərişi ilə indiki Ermənistan ərazisində sonuncu azərbaycanlı kəndi olan Nüvədi kəndinin sakinləri - azərbaycanlılar 1991-ci il avqustun 8-də tarixi-etnik torpaqlarından deportasiya olunmuşdur. İndi burada ermənilər yaşayır.
Meyvəçilik, üzümçülük, əkinçilik və heyvandarlıqdan ibarətdir.