Amazon ovalığı

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.

Amazon ovalığıCənubi Amerikada Amazon çayı hövzəsində Yer kürəsinin ən böyük allüvial ovalığı. Sahəsi 5 mln. km²-dan artıqdır. Qərbi Amazoniyanın (eni 1600 km) iqlimi ekvatorialdır. Meşələrində qiymətli ağaclar bitir: süd ağacı, qırmızı ağac, heveya və s. Heyvanlar aləmi zəngindir. Şərqi Amazoniyanın (eni 350 km) iqlimi subekvatorialdır. Seyrək meşələrisavannaları var. Əhalisi hindilərmetislərdir. Amazon ovalığında kakao, tütün, qəhvə, banan, şəkər qamışı və s. becərilir; neft, qızıl, almaz, hematit, manqan filizi çıxarılır. Boliviya, Braziliya, Kolumbiya, PeruVenesuelanı əhatə edir. Daxilində Amazon çayı, MadeyraTapajos çayları yerləşir.

İstinadlar