Ekvatorial iqlim qurşağı

Ekvatorial iqlim qurşağı

[redaktə | mənbəni redaktə et]

Ekvatorial iqlim qurşağı tam zolaq yaratmır. Ilboyu ekvatorial hava kütləsi hakimdir. Günəş radiasiyasının miqdarı az dəyişdiyindən fəsillər bilinmir, daima yaydır. Günəşin düşmə bucağı böyük, hava qalxan hərəkətlidir. Ilboyu temperatur +26 — +28 °C-dir. Təzyiq alçaqdır. Hər gün hava buludlu və yağıntılı olur. Sıx çay şəbəkəsi mövcuddur. Yağıntıların çox olmasının əsas səbəbi bu zonada okeanların çox geniş sahə tutmasıdır. Məlum olduğu kimi,atmosferin umumi hava dövrani bir çox səbəblərdən , xüsusi ilə suyun və qurunun qeyri-bərabər paylanması amilinin təsiri ilə pozulur. Nəticədə biz ideal , yəni həmin sahə üçün gözlənən dövrü görmuruk. Dövrun pozulması yer kürəsində radiasiya rejiminin üstünlük təşkil etməsi ilə əlaqədar olaraq yalnız müxtəlif sahələrdə və xüsusən merdional istiqamətdə baş verir. O na görədə yer kürəsində atmosferin ümumi dövrü nə qədər pozulsada , yenə yer kürəsində iqlim zonallığı müşahidə edilir. Ekvatorial iqllim tipinin ən başlıca xassəsi passatlar vasitəsilə buraya gələn tropik havanın rütubətlənməsidir. Ekvatorial zonada həm daniz, həm də quru üzərində tropik havanın rütubətlənməsi eyni dərəcədə gedir. Çünki quru üzərində yayılan sıx tropik meşələr heç də okean səthindən az su buxarlandırmır. Həmin səbəbə görə də istər okean istərsə də quru üzərində bu zonadakı havanın fiziki xassəsi bir birininin, demək olar ki, tamami ilə eynidir. Ona görə də ekvatorial zonada kontinental və dəniz iqlimi ayrılmır. Ekvatorial iqlim tipi ekvatorial sakitlik zonasında bütun il boyu qüvvətli radiyasiya və tempratur ilə əlaqədar əmələ gəlmişdir. Bu zonada tempraturun illik dəyişməsi hiss olunmayacaq dərəcədə zəifdir və illik tempratur amplitudu sutkalık tempratur amplitudasından kiçikdir. Burada tempraturun şox hissəsi buxarlanmaya sərf olunur və gizli hala keçir. Ekvatorial zonada tempratur təsadüfi hallarda 350 –dən çox olur. Aylıq orta tempraturları 24–280 ola bilir. Hətta ayaz gecələrdə belə havanın tempraturu orta hesabla 160-dən aşağı düşmür. Çoxtəsadüf hallarda sutkalıq amplitud 100-ə çata bilir. Bu zona üçun konvektiv yağıntı səciyyəlidir.[1]

Ekvatorial iqlim qurşağının tipləri

[redaktə | mənbəni redaktə et]

Əsas ekvatorial zonanın yağıntıları termik konveksiyadan əmələ gələrək leysan səciyyısi daşıyır. Yağıntılar həmişə günün ikinci yarısında baş verir və çox şiddətli ildırım çaxması baş verir. Yağıntının orta illik miqdarı 1500–2500 mm-dir. Lakin ayrı-ayrı yerlərdə (kamerun dağı ətəklərində və s) 10000 mm yağıntı düşə bilir. Çünki yağıntıları kütlənin dinamik qalxması deyil sürtunən səthinin qalxması əmələ gətirir Ekvatorial zonanın şəraiti 2 tip hava əmələ gətirir

  1. Az miqdarda topa buludlar əmələ gətirən konveksiya;
  2. Yerli xarakterli ildırım ,tufanleysan yağışı əmələ gətirən nəmli adiobatik konveksiya.

Birinci tip minumum yağıntılar dövründə müşahidə olunur. Bəzən buraya müddətdə dəniz qütüb hava kutləsi daxil ola bilir. Yüksəkliyə görə təkcə temprayur təkcə hər 100 metrdə 0,50 azalır. Qlan metroloji ünsürlər isə demək olar ki, dəyişməz qalır.[2]

İqlim, İqlim tipləri

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]

Yerin iqlim qurşaqları

  1. Məmmədov Q. Ş. Xəlilov M. Y. Ekoloqların məlumat kitabı. "Elm" nəşriyyatı. Bakı: 2003. 516 s.
  2. Azərbaycan Respublikasının coğrafiyası. Fiziki coğrafiya. Bakı, 2014, 528 səh.134