Andradit

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Andradit
Ümumi məlumatlar
Kateqoriya Mineral
Formul
(təkrarlanan vahid)
Ca₃Fe³⁺₂(SiO₄)₃[1]
Strunz təsnifatı VIII/A.06b[2]
Xüsusiyyətləri
Kristalloqrafik sinqoniya kubik sinqoniya[3]
Zolaq rəngi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Andradit (Portuqaliya mineraloqu J. B. di’Andra-i-Silvanın şərəfinə adlandırılmışdır) – qranatlar qrupuna aid geniş yayılmış mineral.

Kimyəvi tərkibi Ca3Fe2(SiO4)3. Çox vaxt titan qarışıqlı olur. Kubik sinqoniyada kristallaşır. Süxurlarda möhtəvilər şəklində və dənəvər formasında rast gəlinir. Rəngi sarı, qonur, qonuru-qırmızı, qara və s. Yaşıl, yaxud qızılı-yaşıl növü (demantoid) qiymətli daşdır. Güclü şüşə parıltısına malikdir. Sərtliyi – 6,5–7, sıxlığı 3800–3900 kq/m³. Skarnlar üçün tipik mineraldır. Həmçinin qələvi intruziv süxurlarda və karbonatitlərdə rast gəlinir. Abraziv materialdır. Saf növləri bəzək daşı kimi işlədilir. İsveçdə, ABŞ-da, RF-də (Ural), Orta Asiyada, Azərbaycan Respublikasında (Daşkəsən) və s. yerlərdə yataqları var.[4]

İstinadlar

  1. International Mineralogical Association - Commission on new minerals, nomenclature and classification The IMA List of Minerals (December 2014). 2014.
  2. Strunz K. H., Tennyson C. Mineralogische Tabellen : Eine Klassifizierung der Mineralien auf kristallchemischer Grundlage, mit einer Einfuhrung in die Kristallchemie. 8 Leypsiq: Akademische Verlagsgesellschaft, 1982.
  3. mineralienatlas.de (ing.).
  4. Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 1-ci cild: A – Argelander (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2009. səh. 491. ISBN 978-9952-441-02-4.