Artsrun Ağacanyan

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Artsrun Ağacanyan
Şəxsi məlumatlar
Doğum tarixi 21 noyabr 1955(1955-11-21) (68 yaş)
Doğum yeri
Təhsili
Fəaliyyəti siyasətçi, iqtisadçı
Hərbi xidmət
Döyüşlər
Elmi fəaliyyəti
Elm sahəsi ictimai idarə[d]
parliament.am/deputies.p…

Artsruni Knyazeviç Ağacanyan (erm. Արծրուն Ադաջանյան; 21 noyabr 1955, Ərtik) — Ermənistan siyasətçisi və dövlət xadimi.[1][2]

Həyatı

Artsruni Knyazeviç Ağacanyan 21 noyabr 1955-ci ildə Ermənistanın Artik şəhərində anadan olmuşdur. O, 1979-cu ildə İrəvan Xalq Təsərrüfatı İnstitutunu bitirmişdir. İxtisasca iqtisadçıdır. Ağacanyan 1979–1981-ci illərdə Sovet Ordusunda hərbi xidmət keçirmişdir. O, 1981–1986 -cı illərdə Ermənistanın Şirak mərzində Ərtik rayon icraiyyə komitəsinin təlimatçısı olmuşdur. Ağacanyan 1986–1988-ci illərdə trikotaj fabrikinin direktoru olmuşdur. O, 1994-cü ilin aprelindən Qarabağ müharibəsində iştirak etmişdir. Ağacanyan 1988–1999-cu illərdə Ərtik rayon corab fabrikinin direktor müavini kimi işləmişdir. O, 30 may 1999 -cu ildə 126-cı dairə üzrə ikinci çağırış Ermənistan parlamentinin deputatı seçilmişdir. Ağacanyan "Orinats Yerkir" partiyasının üzvü olmuşdur.Buna əlavə olaraq, o, sosial məsələlər, sağlamlıq və ekologiya daimi komissiyasının üzvü olmuşdur.[1]

23 mart 2011-ci ildə 4-cü çağırışda deputatlıq səlahiyyətlərini vaxtından əvvəl tərk etmişdir.[3]

İstinadlar

  1. 1 2 "2 созыв, Арцруни Князевич Агаджанян". Народное собрание Республики Армения, официальный сайт. 01.03.2019. 2019-03-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-03-01.
  2. "4 созыв, Арцруни Князевич Агаджанян". Народное собрание Республики Армения, официальный сайт. 01 марта 2019. 2019-03-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-03-01.
  3. "ԺԱՄԱՆԱԿ.Արծրուն Աղաջանյանը կհրաժարվի ԱԺ մանդատից". Еркир. 8 марта 2011. 2019-03-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-03-01.

Xarici keçidlər