Asif Mərzili

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Asif Mərzili
Doğum tarixi 1960
Doğum yeri
Fəaliyyəti jurnalist

Məmmədov Asif Millət oğlu (Asif Mərzili; 1960, Mərzili, Ağdam rayonu) – publisist, yazıçı.

Həyatı

Asif Mərzili 1960-cı ildə Ağdam rayonunun Mərzili kəndində anadan olub. 1977-ci ildə Mərzili kənd orta məktəbini bitirib, 1978-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasının mühəndis-iqtisad fakültəsinin axşam şöbəsinə qəbul olunub. 1979–1981-ci illərdə Pribaltikada hərbi xidmətini başa vurub. 1983-cü ildə Azərbaycan Jurnalist Sənətkarlığı İnstitutunu, 1988-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasını bitirb. 1984-cü ildə Neft Kimya Sənayesi Nazirliynin 6-saylı TTI-nin plan şöbəsinin rəisi təyin edilib, 1989-cu ildə nazirliyin "Böyük kimya uğrunda" çoxtirajlı qəzetinin baş redaktoru təyin edilib. 1982–1988-ci illər ərzində Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin ştatdankənar əməkdaşı olub. 1990-cı ildə Azərbaycan Nazirlər Sovetinin orqanı "Respublika" qəzetinə köçürmə yolu ilə müxbir təyin olunub. 1991-ci ildə köçürmə yolu ilə Milli Məclisin orqanı "Həyat" (indiki "Azərbaycan") qəzetinə parlament müxbiri təyin edilib. 1992-ci ildə "Ədalət" qəzetinə baş redaktorun 1 müavini təyin olunub. 1993-cü ildən həm də "Təzadlar" qəzetinin baş redaktorudur.

1991-ci ildə Məşhəd torpağını ziyarət edib.

İki övladı var.

Əsərləri

"Biz əyilmədik", "Yerin görünəcək", "Mərzili və Mərzililər" (Ənvər Çingizoğlu və Asif Mərzili),"Qalxın, jurnalist gəlir!" (2011), "Təzadlar"(2013)kitablarının müəllifi, 10-a yaxın kitabın isə redaktorudur.

Mükafatları

  • Çoxsaylı publisistik və araşdırma yazıları KIV-lər arasında keçirilən yazı müsabiqələrin qalibi olub, dəfələrlə diplom və pul mükafatlarının sahibi olub, rəhbərlik etdiyi qəzet Azərbaycan Mətbuat Şurasının üzvüdür.
  • Azərbaycanda müasir siyasi aforizm yaradıcılığının müəllifi sayılır və hazırda siyasi aforizmlərdən ibarət kitabı nəşrə hazırlanır.
  • Bir çox hekayələrin müəllifidir.
  • Rəhbərlik etdiyi qəzet 2008-ci ilin yekunlarına görə mərkəzi qərargahı Cenevrədə yerləşən "Century International Quality Era Award" Beynəlxalq Təşkilatının "QC-100 İdarəetmənin Ümumi Keyfiyyət Modelinin Əsrin Beynəlxalq İnkişafı üzrə Qızıl ЕRA" mükafatına layiq görülüb.

Həmçinin bax