Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Məmmədov Asif Millət oğlu (Asif Mərzili; 1960, Mərzili, Ağdam rayonu) – publisist, yazıçı.
Asif Mərzili | |
---|---|
Doğum tarixi | 1960 |
Doğum yeri | |
Fəaliyyəti | jurnalist |
Asif Mərzili 1960-cı ildə Ağdam rayonunun Mərzili kəndində anadan olub. 1977-ci ildə Mərzili kənd orta məktəbini bitirib, 1978-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasının mühəndis-iqtisad fakültəsinin axşam şöbəsinə qəbul olunub. 1979–1981-ci illərdə Pribaltikada hərbi xidmətini başa vurub. 1983-cü ildə Azərbaycan Jurnalist Sənətkarlığı İnstitutunu, 1988-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasını bitirb. 1984-cü ildə Neft Kimya Sənayesi Nazirliynin 6-saylı TTI-nin plan şöbəsinin rəisi təyin edilib, 1989-cu ildə nazirliyin "Böyük kimya uğrunda" çoxtirajlı qəzetinin baş redaktoru təyin edilib. 1982–1988-ci illər ərzində Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin ştatdankənar əməkdaşı olub. 1990-cı ildə Azərbaycan Nazirlər Sovetinin orqanı "Respublika" qəzetinə köçürmə yolu ilə müxbir təyin olunub. 1991-ci ildə köçürmə yolu ilə Milli Məclisin orqanı "Həyat" (indiki "Azərbaycan") qəzetinə parlament müxbiri təyin edilib. 1992-ci ildə "Ədalət" qəzetinə baş redaktorun 1 müavini təyin olunub. 1993-cü ildən həm də "Təzadlar" qəzetinin baş redaktorudur.
1991-ci ildə Məşhəd torpağını ziyarət edib.
İki övladı var.
"Biz əyilmədik", "Yerin görünəcək", "Mərzili və Mərzililər" (Ənvər Çingizoğlu və Asif Mərzili),"Qalxın, jurnalist gəlir!" (2011), "Təzadlar"(2013)kitablarının müəllifi, 10-a yaxın kitabın isə redaktorudur.