Atropatan qaraşəngi

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Atropatan qaraşəngi
Elmi təsnifat
Beynəlxalq elmi adı

Atropatan qaraşəngi (lat. Scrophularia atropatana) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin qaraşəngikimilər fəsiləsinin qaraşəngi cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilmək təhlükəsində olanlar" kateqoriyasına aiddir – EN A2c + 3c. Azərbaycanın nadir, Qafqazın endemik növüdür.

Qısa morfoloji təsviri

İkiillik ot bitkisidir. Gövdəsi 6-30sm hündürlükdədir. Gövdə yarpaqları yumurtavari və ya uzunsov-yumurtavari, 3-5 sm uzunluğunda, 1,5-3 sm enindədir. Çiçək qrupu uzunsov, dar, gövdənin ortasından, bəzən əsasından başlayandır. Çiçəklər budaqlarda oturaqdır. Kasacığın hissəcikləri uzunsov, dilimli, kənardan ağ pərdəli, 2 mm uzunluqdadır. Tac tünd-qırmızı, qonur rənglidir. Staminodi yumurtavari və ya uzunsovdur. Qutucuq 3,5-4 sm uzunluğunda, dairəvi, iti çıxıntılı və dərin uzunsov şırımlı, ikiqatlıdır.

Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri

Çiçəkləmə may-iyun, meyvə əmələgətirmə iyun aylarına təsadüf edir. Kserofit bitkidir. Aşağı dağ qurşağından orta dağ qurşağına kimi daşlı-çınqıllı yerlərdə və çağıl daşlarının üstündə rast gəlinir.

Yayılması

Naxçıvanın dağlıq hissəsidir (Şahbuz rayonu –Qarababa və Kolanı kəndlərinin ətrafı; Ordubad rayonu – Parağa və Kotam kəndlərinin ətrafı).

Sayı və tendensiyası

Populyasiyanın ehtiyatı məhduddur və azalır.

Məhdudlaşdırıcı amillər antropogen və zoogen amillərdir.

Mühafizə tədbirləri

Yeni yayılma yerlərinin axtarılması tələb olunur.

İstinadlar

Həmçinin bax