Azərbaycan Polisi Günü

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.

Azərbaycan Polisi GünüAzərbaycan Respublikasında qeyd edilən xüsusi günlərdən biri. Hər il 2 iyul tarixində qeyd edilir.

Tarixi

Azərbaycan Respublikası Prezidentinin 6 iyun 1992-ci il tarixli, 830 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikası daxili işlər orqanları sistemində fəaliyyət göstərən milis mövcud hüquqi statusunu saxlamaqla polis adlandırılmış və eyni fərmanla iyun ayının 6-sının hər il "Azərbaycan polisi günü" kimi qeyd edilməsi qərara alınmışdır[1]. Beləliklə, 1998-ci ilədək hər il 6 iyun tarixi Azərbaycan Polisi Günü kimi qeyd edilmişdir.

24 may 1998-ci ildə isə Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin 710 nömrəli Fərmanına əsasən, Azərbaycan Polisi Gününün tarixi dəyişdirilmiş; 1918-ci ildə Azərbaycan Demokratik Respublikası Daxili İşlər Nazirliyinin tərkibində ilk polis orqanlarının təsis edildiyi gün — 2 iyul Azərbaycan Polisi Günü elan edilmişdir[2][3][4][5]. Həmin vaxtdan Azərbaycanda hər il 2 iyul tarixi Azərbaycan Polisi Günü kimi qeyd edilir.

İstinadlar

  1. "Azərbaycan Respublikası daxili işlər orqanlarının strukturunun təkmilləşdirilməsi və bu orqanların tərkibində olan milisin polis adlandırılması haqqında" Arxivləşdirilib 2019-08-04 at the Wayback Machine Azərbaycan Respublikası Prezidentinin 6 iyun 1992-ci il tarixli, 830 nömrəli Fərmanı. e-qanun.az  (az.)
  2. "Azərbaycan polisi gününün təsis edilməsi haqqında" Arxivləşdirilib 2022-03-26 at the Wayback Machine Azərbaycan Respublikası Prezidentinin 24 may 1998-ci il tarixli, 710 nömrəli Fərmanı. e-qanun.az  (az.)
  3. "Müstəqil Azərbaycan Polisinin yaranması və təşəkkülü". 2022-05-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-05-26.
  4. "DİN-in tarixi". 2022-01-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-07-02.
  5. "Polis Azərbaycan dövlətinin, xalqımızın keşiyində duran mübariz bir orqandır". 2021-04-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-07-02.