Azərbaycan Polisi Günü

Azərbaycan Polisi GünüAzərbaycan Respublikasında qeyd edilən xüsusi günlərdən biri. Hər il 2 iyul tarixində qeyd edilir.

Azərbaycan Respublikası Prezidenti Əbülfəz Elçibəyin 6 iyun 1992-ci il tarixli, 830 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikası daxili işlər orqanları sistemində fəaliyyət göstərən milis mövcud hüquqi statusunu saxlamaqla polis adlandırılmış və eyni fərmanla iyun ayının 6-sının hər il "Azərbaycan polisi günü" kimi qeyd edilməsi qərara alınmışdır[1]. Beləliklə, 1998-ci ilədək hər il 6 iyun tarixi Azərbaycan Polisi Günü kimi qeyd edilmişdir.

24 may 1998-ci ildə isə Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin 710 nömrəli Fərmanına əsasən, Azərbaycan Polisi Gününün tarixi dəyişdirilmiş; 1918-ci ildə Azərbaycan Demokratik Respublikası Daxili İşlər Nazirliyinin tərkibində ilk polis orqanlarının təsis edildiyi gün — 2 iyul Azərbaycan Polisi Günü elan edilmişdir[2][3][4][5]. Həmin vaxtdan Azərbaycanda hər il 2 iyul tarixi Azərbaycan Polisi Günü kimi qeyd edilir.

  1. "Azərbaycan Respublikası daxili işlər orqanlarının strukturunun təkmilləşdirilməsi və bu orqanların tərkibində olan milisin polis adlandırılması haqqında" Arxivləşdirilib 2019-08-04 at the Wayback Machine Azərbaycan Respublikası Prezidentinin 6 iyun 1992-ci il tarixli, 830 nömrəli Fərmanı. e-qanun.az  (az.)
  2. "Azərbaycan polisi gününün təsis edilməsi haqqında" Arxivləşdirilib 2022-03-26 at the Wayback Machine Azərbaycan Respublikası Prezidentinin 24 may 1998-ci il tarixli, 710 nömrəli Fərmanı. e-qanun.az  (az.)
  3. "Müstəqil Azərbaycan Polisinin yaranması və təşəkkülü". 2022-05-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-05-26.
  4. "DİN-in tarixi". 2022-01-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-07-02.
  5. "Polis Azərbaycan dövlətinin, xalqımızın keşiyində duran mübariz bir orqandır". 2021-04-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-07-02.