Böyük titrəmərcan

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Böyük titrəmərcan
Elmi təsnifat
Beynəlxalq elmi adı
  • Astrantia maxima

Böyük titrəmərcan (lat. Astrantia maxima) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinin titrəmərcan cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısna görə növün kateqoriyası və statusu "Təhlükəli həddə yaxın olanlar" kateqoriyasına aiddir — NT. Azərbaycanın nadir növüdür.

Qısa morfoloji təsviri

Çoxillik ot bitkidir, hündürlüyü 70 sm-dir. Sarğılarının yarpaqcıqları irirdir, 8-13 ədəddir, yarıdan yuxarı hissəsinin kənarları kirpikvari-dişciklidir. Gövdəsi əsasən budaqlanandır. Yarpaqları orta ölçülüdür, üçər bölümlüdür. Kökətrafı yarpaqları uzun saplaqlıdır, dərin üçdilimlidir. Çətirləri 3,5-4 sm diametrindədir. Çiçəkləri çoxsaylı, çəhrayı rəngdədir. Meyvələri uzunsov və ya yumurtavaridir.

Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri

Çiçəkləməsi iyun-iyul, meyvəverməsi iyul-avqust aylarında müşahidə edilmişdir. Toxumla çoxalan mezofit bitkidir. Meşədən sonra gələn fitosenozlarda və mezofit, subalp çəmənliklərdə, meşə talalarında tək-tək, nadir hallarda talalar şəklində rast gəlinir.

Yayılması

Kiçik Qafqazın şimal hissəsi (Göygöl rayonu ərazisi) və Naxçıvanın dağlıq hissəsi (Şahbuz rayonuKüküdağ ətəkləri, Batabat meşəsi; Culfa rayonu — Aracıq dağ ətəkləri; Ordubad rayonu — Tillək meşəsi). BQ qərbi, BQ şərqi, BQ Quba sahəsinin rayonlarında yuxarı meşə sərhəddinin kənarlarında və dağ çəmənliklərində bitir. Azərbaycan Respublikasının Qırmızı Kitabına daxil edilmiş nadir növdür.

Sayı və tendensiyası

Azalma tendensiyası müşahidə olunur.

Məhdudlaşdırıcı amillər

Ekoloji, zoogen və antropogen amillərin təsiridir.

Mühafizə tədbirləri

Gözəl görünüşlü olmasına baxmayaraq, becərilməsi barədə məlumatlar yoxdur. Hal-hazırda təhlükə altında olmadığından qorunması lazım bilinmir, lakin bitdiyi əsas sahələrdə (H. Əliyev adına Zəngəzur Milli ParkıGöygöl Milli Parkı) nisbi nəzarətdə saxlanılır.

İstinadlar

Həmçinin bax