Böyük titrəmərcan (lat. Astrantia maxima) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinin titrəmərcan cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısna görə növün kateqoriyası və statusu "Təhlükəli həddə yaxın olanlar" kateqoriyasına aiddir — NT. Azərbaycanın nadir növüdür.
Böyük titrəmərcan | ||||||
---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Cins: Növ: Böyük titrəmərcan |
||||||
Beynəlxalq elmi adı | ||||||
|
||||||
|
Çoxillik ot bitkidir, hündürlüyü 70 sm-dir. Sarğılarının yarpaqcıqları irirdir, 8-13 ədəddir, yarıdan yuxarı hissəsinin kənarları kirpikvari-dişciklidir. Gövdəsi əsasən budaqlanandır. Yarpaqları orta ölçülüdür, üçər bölümlüdür. Kökətrafı yarpaqları uzun saplaqlıdır, dərin üçdilimlidir. Çətirləri 3,5-4 sm diametrindədir. Çiçəkləri çoxsaylı, çəhrayı rəngdədir. Meyvələri uzunsov və ya yumurtavaridir.
Çiçəkləməsi iyun-iyul, meyvəverməsi iyul-avqust aylarında müşahidə edilmişdir. Toxumla çoxalan mezofit bitkidir. Meşədən sonra gələn fitosenozlarda və mezofit, subalp çəmənliklərdə, meşə talalarında tək-tək, nadir hallarda talalar şəklində rast gəlinir.
Kiçik Qafqazın şimal hissəsi (Göygöl rayonu ərazisi) və Naxçıvanın dağlıq hissəsi (Şahbuz rayonu — Küküdağ ətəkləri, Batabat meşəsi; Culfa rayonu — Aracıq dağ ətəkləri; Ordubad rayonu — Tillək meşəsi). BQ qərbi, BQ şərqi, BQ Quba sahəsinin rayonlarında yuxarı meşə sərhəddinin kənarlarında və dağ çəmənliklərində bitir. Azərbaycan Respublikasının Qırmızı Kitabına daxil edilmiş nadir növdür.
Azalma tendensiyası müşahidə olunur.
Ekoloji, zoogen və antropogen amillərin təsiridir.
Gözəl görünüşlü olmasına baxmayaraq, becərilməsi barədə məlumatlar yoxdur. Hal-hazırda təhlükə altında olmadığından qorunması lazım bilinmir, lakin bitdiyi əsas sahələrdə (H. Əliyev adına Zəngəzur Milli Parkı və Göygöl Milli Parkı) nisbi nəzarətdə saxlanılır.