Bavariya-İnqolştadt hersoqluğu

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
 Müqəddəs Roma imperiyasının bir hissəsi
Bavariya-İnqolştadt hersoqluğu
alm. Bayern-Ingolstadt
alm. Oberbayern-Ingolstadt
Gerb
Gerb
 
 
1392 — 1447

Paytaxt İnqolştadt
Dövlət dini katolisizm

Bavariya-İnqolştadt hersoqluğu (alm. Bayern-Ingolstadt‎) və ya Yuxarı Bavariya-İnqolştadt (alm. Oberbayern-Ingolstadt‎) 1392–1447-ci illərdə Müqəddəs Roma İmperiyasının tərkibində olan bir dövlət idi.[1]

Tarixi

Hersoqluğun yaradılmasının kökləri bavariyalı Müqəddəs Roma imperatoru IV Lüdviqin ölümünəcən uzanır. Lüdviqin imperiyasını parçalayan 1349-cu ildə imzalanmış Landsberq müqaviləsinə görə oğulları Stefan, VilhelmAlbert Aşağı BavariyaNiderlandı birgə idarə etməli idilər. Dörd il sonra 1353-cü il Regensburq müqaviləsi ilə miras yenidən bölündü; Stefan Bavariya-Landsxutun yeni hersoqu edildi. 1363-cü ildə Stefan eyni zamanda Yuxarı Bavariya hersoqu oldu və onu yenidən Bavariya-Landsxut ilə birləşdirdi. Stefanın ölümündən sonra onun üç oğlu hersoqluğu birgə idarə edirdi. Lakin 1392-ci ildə Bavariya-Landsxut yenidən üç hersoq üçün bölündü və beləliklə, Bavariya-Münhen və Bavariya-İnqolştadt yaradıldı. Bavariya-İnqolştadtın ilk hersoqu II Stefanın oğlu III Stefan olmuşdur.

1413-cü ildə Stefanın ölümündən sonra VII Lüdviq atasının taxtına oturdu. 1429-cu ildə Bavariya-Ştraubinqin bəzi hissələri Bavariya-İnqolştadtla birləşdirildi. Lüdviq, öz oğlu VIII Lüdviq 1443-cü ildə taxt-tacını qəsb edənə və onu düşmənləri Bavariya-Landsxut hersoqu XVI Henrixə təslim edənə qədər hersoqluq etdi. VIII Lüdviq iki il sonra öldü. Atası isə əsirlikdə öldü. Varisi olmayan Bavariya-İnqolştadt Bavariya-Landsxuta qaytarıldı.[2]

Ərazisi

Bavariya-İnqolştadt Bavariyadakı müxtəlif, bitişik olmayan torpaqlardan bir yerə yığılmış dövlət idi. Paytaxt İnqolştadt idi və onun ətrafındakı əraziləri də əhatə edirdi: Şrobenhazuen, Ayxax, Fridberq, Reyn-am-Lex və Höştadt-an-der-Donau. Bundan əlavə, hersoqluq aşağıdakı şəhərləri birləşdirirdi:

İstinadlar

  1. Anderson, Emily-Jan; Farquhar, Jill; Richards, John. Visible Exports / Imports: New Research on Medieval and Renaissance European Art and Culture (ingilis). Cambridge Scholars Publishing. 2020-05-15. 239–240. ISBN 978-1-5275-5181-7. 2022-10-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-10-15.
  2. KG, Fritz Rudolf Künker GmbH & Co. Künker Auktion 130 - The De Wit Collection of Medieval Coins, 1000 Years of European Coinage, Part II: Germany, Switzerland, Austria, Bohemia, Moravia, Hungary, Silesia, Poland, Baltic States, Russia and the golden Horde (ingilis). Numismatischer Verlag Künker. 331–332. 2022-10-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-10-15.