Bernar Binlin Dadye

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Bernar Binlin Dadye
Doğum tarixi 10 yanvar 1916(1916-01-10)
Vəfat tarixi 9 mart 2019(2019-03-09)[1][2][…] (103 yaşında)
Vəfat yeri
Atası Qabriel Dadie[d][7][4]
Təhsili
Fəaliyyəti şair, yazıçı, siyasətçi, ssenarist, dramaturq
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar[5]

Bernar Binlin Dadye (d. 10 yanvar 19169 mart 2019[1][2][…], Abican[6]) — Kotd’İvuar yazıçısı, şair, dramaturq, jurnalist, siyasətçi.[8]

Həyatı

Fransız dilində yazır. Dakardakı məktəbdə təhsil almışdır. 1936–47-ci illərdə oradakı Qara Afrika Fransa İnstitunda işləmiş, demokratik mətbuat ilə əməkdaşlıq etmişdir; 1947-ci ildə vətəninə dönmüş, liberal ideyaları təbliğ etdiyinə görə həbs olunmuşdur (1950).[8]

Fəaliyyəti

1953-cü ildə Kot-d’İvuar Folklor cəmiyyətini təsis etmiş, şifahi rəvayət və əfsanələrin toplanması ilə məşğul olmuşdur [“Afrika əfsanələri”, (1954), “Qara sarğı” (1955) nağıllar kitabı]. Mədəniyyət naziri (1961–86) vəzifəsində fəaliyyəti və antimüstəmləkə pafosu ilə aşılanmış bədii yaradıcılığı ilə Afrika incəsənəti ənənələrinin qorunub saxlanmasına çalışmışdır: “Afrika necə varsa” (1950), “Günlər ötür” (1956) və s. şeir topluları; “Klembye” (1958), "Zənci Parisdə” (1959), “Nyu-Yorklu sahibkar” (1964) və s. roman-xronikaları; “Konqolu Beatriçe”, “Küləyin arasından keçən səslər” (hər ikisi 1970), “Fırtına adaları” (1973) pyesləri və s. “Dərimin qaralığı”, “Sən sən sahib” şeirləri Azərbaycan dilinə tərcümə olunmuşdur.[8]

Xarici keçidlər

İstinadlar

  1. 1 2 https://dicocitations.lemonde.fr/biographie/7069/Bernard_Dadie.php.
  2. 1 2 https://www.jeuneafrique.com/746946/politique/cote-divoire-bernard-binlin-dadie-sen-est-alle/.
  3. 1 2 http://www.presenceafricaine.com/33_dadie-bernard.
  4. 1 2 3 http://fondationbernardbinlindadie.org/bernarddadie/biobibliographie-3.html.
  5. https://commons.wikimedia.org/w/index.php?search=Bernard+Binlin+Dadi%C3%A9&title=Special:MediaSearch&go=Lire&type=image.
  6. 1 2 https://web.archive.org/web/20190311084415/http://www.linfodrome.com/vie-politique/46555-deuil-l-ecrivain-bernard-dadie-est-decede.
  7. http://www.colby.edu/french/fr128/cldelano/biographie.htm.
  8. 1 2 3 Dadye// Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). — VI cild. Bakı, 2009. — Səh.: 203.