Bernat Desklot

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Bernat Desklot
kat. Bernat Desclot
Bernatın 1937-ci ildə sökülmüş heykəlinin 1910-cu ildə çəkilmiş rəsmi. Heykəl 1888-ci ildə tikilmişdi.
Bernatın 1937-ci ildə sökülmüş heykəlinin 1910-cu ildə çəkilmiş rəsmi. Heykəl 1888-ci ildə tikilmişdi.
Doğum tarixi
Doğum yeri
Vəfat tarixi 1280[1]
Milliyyəti katalan
Fəaliyyəti xronikaçı
İstiqamət tarix
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Bernat Desklot (kat. Bernat Desclot; 1240[1][2], güm. Kastelnu[d][2]1280[1]) — katalan tarixçi, xronikaçı. Onun Araqonlu III Pedronun hakimiyyəti (1276–1285) haqqında yazdığı əsər 4 "Möhtəşəm katalan xronikası"ndan biridir. Bu xronikalarla XIII-XIV əsrdə Araqon koronasındakı və Kataloniyadakı hərbi və siyasi vəziyyəti öyrənmək mümkündür.[3] Əsər həmçinin Araqon səlib yürüşü haqqında da məlumat verir. Desklotun "Xronikalar"ında hadisələr XI əsrdə başlayır, amma ən maraqlı hissəsi onun yaşadığı dövrü təsvir etdiyi hissədir. Onun ədəbi modeli romans idi. Əsərində mərkəzi personajların drammatik monoloqlarına və təsirli epizodlara yer vermişdi. Məsələn, Pedronun qardaşı Malyorkalı II Xamesin kanalizasiya borusu vasitəsilə Perpinyan şəhərindəki qaladan qaçması kimi.

Əsərini F.L.Kritçlov ingilis dilinə tərcümə etmişdir.

Əsərindən səhifələr

Qeydlər

  1. 1 2 3 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  2. 1 2 3 Gran Enciclopèdia Catalana (kat.). Grup Enciclopèdia, 1968.
  3. Digər üç əsər Araqonlu I Xaymenin avtobioqrafiyası, Ramon Muntanerin xronikaları və Araqonlu IV Pedronun kral xronikalarıdır.

Xarici keçidlər

  • Bernat Desklot AELC-də (Associació d'Escriptors en Llengua Catalana), ingilis, katalan və ispan dillərində.