Beyləqan yepiskopluğu

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.

Beyləqan yepiskopluğu (Asoru dilində: ܦܝܕܐܓܪܢ) — Nestorian kilsəsinin VI əsrdə Beyləqan və ətrafı bölgələrdə mövcud olmuş tarixi inzibati ərazi vahidi. Az öyrənilmişdir və cəmi iki yepiskopu məlumdur.[1]

Yepiskopları

İohann

Tarixi qeydlərdə adı ilk dəfə 540-cı ildə "Paydanqaran yepiskopu" olaraq keçir. 544-cü ildə I Abanın sinodunda qəbul edilən aktları təsdiqləmişdi.[2]

Yakob

554-cü ildə yepiskop olaraq Yosefin sinodunda iştirak etmişdi.[2]

İstinadlar

  1. Jean Maurice Fiey, Pour un Oriens Christianus novus; répertoire des diocèses Syriaques orientaux et occidentaux, səh 119.
  2. 1 2 Chabot, Jean Baptiste, ed. Synodicon orientale ou recueil de synodes nestoriens, səh 332.