Qax və Kürmük yeparxiyası

Qax və Kürmük yeparxiyası (gürc. კახისა და ქურმუხის ეპარქია) — Gürcü Pravoslav Kilsəsinin Azərbaycandakı inzibati ərazi vahidi. Mərkəzi Qaxdır.

Qax və Kürmük yeparxiyası
Gürcü Pravoslav Kilsəsi

Yeparxiya mərkəzi Müqəddəs Georgi kilsəsi

Məlumat
Ölkə Azərbaycan Azərbaycan
Yeparxiya mərkəzi Qax
Məbəd sayı 3
Baş kafedral məbədi Müqəddəs Georgi kilsəsi
Arxiyerey dərəcəsi Yepiskop
Arxiyerey titulu Qax və Kürmük yepiskopu
Sayt Xornabuci və Hereti Yeparxiyası
Fəaliyyətə başlayıb 28 may 2015

4 iyun 2014-cü ildə Xornabuci və Hereti yeparxiyasının iki yerə bölünməsindən sonra yaradılmışdır.[1] Yeparxiyanın ilk rəhbəri Dimitri (Tetruaşvili) olub. 2015-ci ildə Xornabuci yeparxiyasının yepiskopu Dimitri (Kapanadze) həmçinin Qax və Kürmük yeparxiyasına təyin edilib.

Tabeliyində olan məbədlər

[redaktə | mənbəni redaktə et]
  1. Müqəddəs Georgi kilsəsi
  2. Müqəddəs Nino kilsəsi
  3. Müqəddəs Üçlük kilsəsi
  1. Demetre (Tetruaşvili) (2014-2015) - Vəzifədən getmə səbəbi Azərbaycan vətəndaşlığını qəbul etməməsi olub.[2]
  2. Demetre (Kapanadze) (28 may 2015-indiyədək)[3]
  1. "Gürcü Pravoslav Kilsəsi sinodunun qərarı açıqlanıb (Rusca)". 2018-05-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-11-16.
  2. "Gürcü keşiş niyə Azərbaycan vətəndaşı olmaq istəmədi?". 2019-11-16 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-11-16.
  3. "Gürcü Pravoslav Kilsəsinin qərarı (Gürcücə)". 2018-05-11 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-11-16.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]