Şamaxı yeparxiyası

Şamaxı yeparxiyası (erm. Շամախու թեմ) — 1815-ci ildə Qafqaz Albaniyası katolikosluğunun ləğvindən sonra onun ərazisində yaradılmış iki yeparxiyadan biri. Digəri isə Qarabağ yeparxiyası idi. 1911-ci il məlumatlarına görə kilsə üzvlərinin sayı 60.000 nəfər idi.[1] 1918-ci ildən sonra Bakı yeparxiyası[2] kimi tanınmağa başlamışdır.

Şamaxı yeparxiyası
Erməni Qriqorian Kilsəsi

Yeparxiya mərkəzi Müqəddəs Qriqori kilsəsi

Məlumat
Ölkə  Rusiya İmperiyası
Ərazi Bakı quberniyası
Yeparxiya mərkəzi Saqiyan, Şamaxı, sonra Bakı
Qurulub 1815
Ləğv olunub 1930-cu illər
Məbəd sayı 34 prixod
Baş kafedral məbədi Müqəddəs Qriqori kilsəsi
Arxiyerey dərəcəsi Arxiyepiskop
Arxiyerey titulu Şamaxı yepiskopu
Bakı yepiskopu

Yeparxiyanın ilk mərkəzi əvvəl indiki Şamaxı rayonun o dövrdə xristian tatlar[3] yaşayan Saqiyan kəndindəki Müqəddəs Şəhid Stepannos monastırı idi. Yurisdiksiya ərazisi Dağıstan vilayətiŞamaxı quberniyasından (Göyçay, Şamaxı, Bakı və Saqiyan) ibarət idi. 1838-ci ildə yepiskop Hovhannes Şahxatunyants (erm. Հովհաննես Շահխաթունյանցի) tərəfindən mərkəzi Saqiyandan Şamaxı şəhərinə köçürülmüşdü. Baş kafedral məbədi Şamaxı Surp Astvatsatsin kilsəsi (1701-ci ildə tikilib) təyin edilmişdi. 1844-cü ildə yurisdiksiyaya Türkmənistan da daxil edilsə də, 1892-ci ildə Rusiya hökumətinin tələbi ilə Həştərxan yeparxiyasına verildi. 1853-cü il məlumatlarına əsasən 34 kilsə və 31 kilsə işçisi vardı. 1890-cı ildə bu say 39 kilsəyə çatmışdı.

Azərbaycan Demokratik Respublikası qurulandan sonra yepiskop Baqrat Vardazaryan tərəfindən kilsə mərkəzi Bakıdakı Müqəddəs Qriqori kilsəsinə köçürüldü. Bu dövrdən sonra yeparxiya Bakı Yeparxiyası kimi tanınmışdır. Cumhuriyyətin süqutundan sonra isə 3 sentyabr 1920-ci ildə yeparxiya müvəqqəti olaraq Gəncə vikarlığı ilə birləşdirildi və Gəncədən Səmərqəndəcən geniş bir yurisdiksiyaya çevrilərək "Bakı-Türkmənistan yeparxiyası" adlandırıldı. 3 il sonra Gəncə yenidən yeparxiyadan çıxarılaraq əvəzində NişapurMəşhəd kimi İrandakı erməni kilsələri tabe edilərək "Bakı-Türküstan yeparxiyası" quruldu. 1927-ci ildə o vaxtadək Qarabağ yeparxiyasının tərkibində olmuş Lənkəran da bu yurisdiksiyaya verildi.[4] 1930-cu illərdə yeparxiyanın fəaliyyətinə son verilmişdir. Yeparxiyanın ərazisində sonradan Erməni Qriqorian Kilsəsinin Bakı yeparxiyası fəaliyyətə başlamışdı.

Yeparxiya ərazisində müəyyən dini məktəblər açılmışdı. Bunlar 1864-1885-ci illərdə fəaliyyət göstərən Saqiyan kəndindəki Müqəddəs Şəhid Stepannos monastırı məktəbi, Şamaxı teoloji seminariyası (1844-cü ildə tikilib), Mədrəsə kəndi prixod məktəbi, Bakıda 1869-cu ildə açılmış Mesrop prixod məktəbi, Müqəddəs Hripsime Qız məktəbi, 1873-cü ildə Dərbənddə fəaliyyətə başlamış Məryəmyan məktəbi idi.[4]

Bilinən yepiskopları

[redaktə | mənbəni redaktə et]
  • Hovhannes Şahxatunyants (1838-1840)
  • Daniel Şahnazaryants (~1863)
  • Mesrop Smbatyants (1887-1894)[5]
  • Makar Bərxudaryan (1895-1896)[6]
  • Yeprem Sukiasyan (1900-1904)[7]
  • Karapet Ter-Mkrtçyan (1914-1915)[8]
  • Baqrat Vardazaryan (~1918)[2]
  1. Arxiyepiskop Maqakia Ormanyan. “Erməni kilsəsi” = “Հայոց եկեղեցին” (1911) / Red. S.S. Arevşatyan. - Yerevan: “Ankyunakar”, 2006. - səh. 232- ISBN 99941-949-4-1.
  2. 1 2 ""Xaç işarəsi altındakı həyat" - Tirayr Martikyan (Rus dilində)". 2020-02-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-11-16.
  3. Məhəmməd Əliyev, "Azərbaycan tatları", MBM, 2006, ISBN 9952-29-24-1, səh. 20
  4. 1 2 Xristian Ermənistan Ensiklopediyası // Şamaxı yeparsiyası, 2002, ISBN 5-89700-016-6
  5. Gevorg Stepanyan, 2016, Arxiyepiskop Mesrop Smbatyants Şamaxıdakı Erməni Yeparxiyasının başçısı kimi (Erməni dilində)[ölü keçid]
  6. "Makar Bərxudaryan - Bioqrafiya (Rus dilində)". 2020-02-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-11-16.
  7. "Yeprem Sukiants - Bioqrafiya (Rus dilində)". 2017-09-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-11-16.
  8. Karapet Ter-Mkrtçyan - Bioqrafiya (Erməni dilində)[ölü keçid]

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]