Erməni Qriqorian Kilsəsinin Bakı yeparxiyası

Bakı yeparxiyasıErməni Qriqorian kilsəsinin Azərbaycan SSRMərkəzi Asiya ərazisində yurisdiksiyası olan keçmiş kilsə inzibati vahidi. Şamaxı yeparxiyasının əsasında yaradılmışdır. Vaxtilə yeparxiyaya tabe olmuş Müqəddəs Qriqori kilsəsi qalmışdır.

Bakı yeparxiyası
Erməni Qriqorian Kilsəsi

Yeparxiya mərkəzi Müqəddəs Qriqori kilsəsi

Məlumat
Ölkə  SSRİ
Ərazi Azərbaycan SSR
Türkmənistan SSR
Özbəkistan SSR
Yeparxiya mərkəzi Bakı
Qurulub 1945
Ləğv olunub 1989
Məbəd sayı 2 kilsə
Baş kafedral məbədi Müqəddəs Qriqori kilsəsi
Arxiyerey dərəcəsi Arxiyepiskop
Arxiyerey titulu Bakı yepiskopu
Bakı-Türkistan yepiskopu

1945-ci ildə isə Mir Cəfər Bağırovun təkidi ilə Şamaxılı yepiskop Vardges Baxşıyeviç Qriqoryan tərəfindən yaradılmışdır. Bakı-Türkistan yeparxiyası adlanan bu yeni inzibati vahidin ərazisi Orta Asiyanı və Azərbaycanın bir hissəsini əhatə edirdi. Daha sonra isə Qarabağ və Gəncə də Bakı yeparxiyasına tabe edilərək bütün Azərbaycan Bakı yeparxiyasına tabe edilmiş oldu.[1] Sovet hakimiyyətinin dinə qarşı siyasətinə görə yeparxiyada ancaq Gəncə və Bakıda dini ayinlər icra edilirdi. Son yepiskop Anania Arabacıyan fəaliyyətinə 1989-cu ildə son vermişdir.

Bilinən yepiskopları

[redaktə | mənbəni redaktə et]
  • Vardges Baxşıyeviç Qriqoryan (1945-1953)[1]
  • Karekin Hakopyan (1953-1954)[2]
  • Tirayr Martikyan (1955-1958 yepiskop əvəzi, 1958-1960 yepiskop)
  • Anania Arabacıyan (1981-1989)
  1. 1 2 "Erməni kilsəsinin Bakı və Türkistan yeparxiyasının yorulmaz rəhbəri (Rus dilində)". 2021-04-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-11-16.
  2. ""Xaç işarəsi altındakı həyat" - Tirayr Martikyan (Rus dilində)". 2020-02-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-11-16.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]