Birləşmiş Krallıq–Ermənistan münasibətləri

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Böyük Britaniya—Ermənistan münasibətləri
Böyük Britaniya və Ermənistan
 Böyük Britaniya  Ermənistan
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Böyük Britaniya—Ermənistan münasibətləriBöyük BritaniyaErmənistan arasında iki tərəfli diplomatik münasibətlər. Böyük Britaniya Ermənistanıın müstəqilliyini 31 dekabr 1991-ci ildə tanıyır. Avropadakı ilk Ermənistan səfirliyi 1992-ci ilin oktyabrında Londonda açıldı. 1995-ci ildən bəri İngiltərənin İrəvanda səfirliyi fəaliyyət göstərir. Hər iki ölkə tərəfdaşlıq və dostluq münasibətləri saxlayır.

Tarix

İngilis siyasəti 1910-cu illərdə Rusiyanın Ermənistana nəzarətinə qarşı çıxırdı və Osmanlı İmperiyasını ermənilərə qarşı münasibətini yaxşılaşdırmağa sövq edirdi. Birinci Dünya Müharibəsi başlayanda Böyük Britaniya türklərlə mübarizə aparmaq üçün bir erməni legionu qurmaq fikrini rədd etdi. Bunun əvəzinə Kiprdə döyüşən Fransız komandanlığı altındakı Erməni legionunu dəstəklədi.

İki ölkə arasında qarşılıqlı dövlət səfərləri

Ermənistanla Böyük Britaniya arasında müxtəlif dövlət səfərləri olmuşdur. Bunlardan ən sonuncusu Böyük Britaniyanın Avropa üzrə Dövlət Naziri David Lidinqtonun İrəvana səfəri olur. Bundan əlavə Ermənistan Prezidenti Serj Sarkisyan 2012-ci ilin iyul ayında Böyük Britaniyaya səfər edib.

Britaniyanın Baş nazir Marqaret Tetçer Sovet İttifaqının tərkibində olduğu zaman, 1990-cı ilin iyununda Ermənistanı ziyarət etmişdir.

Qondarma Erməni Soyqırımının tanınması

Uels və Şotlandiya hökumətləri Erməni Soyqırımını tanıyır, lakin Britaniya hökuməti Qondarma Erməni Soyqırımını tanımır, çünki “keçən əsrin əvvəllərində Osmanlı İmperiyasının erməni əhalisini təsir edən dəhşətli hadisələri 1948-ci il BMT konvensiyasına əsasən soyqırım kimi qiymətləndirmək üçün dəlillərin kifayət qədər aydın olmadığını bildiri. İngiltərə hökuməti “qırğınların dəhşətli bir faciə olduğunu” elan edir və bunları hökumətin o zamankı baxışları olduğunu ifadə edərək qınayır[1].

Böyük Britaniyadakı erməni icması

Vered Amitin 1989-cu ildə nəşr olunan Londondakı ermənilər: Sosial Sərhədləri İdarəetmə adlı kitabına görə, o vaxt Böyük Londonda təxminən 10.000 erməni yaşayırdı. Çoxu Livan, Suriya, İraq, İran və Kiprdən gələn birinci nəsil immiqrant hesab olunurdu. Bunlara Efiopiya, Hindistan, Misir, İsrail erməniləri və digər ölkələrdən olan insanlar da daxildir.

Mançesterdə 1835-ci ildən bəri erməni əhalisi yaşayır. 1862-ci ilə qədər şəhərdə 30 erməni müəssisəsinin fəaliyyət göstərdiyi bildirilir[2].

Diplomatik nümayəndəliklər

Ermənistanın Londonda səfirliyi vardır.

İngiltərənin İrəvanda səfirliyi var.

İstinadlar

  1. "Britain accused of 'genocide denial' over Armenia | Armenia | The Guardian". 2014-01-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-10-26.
  2. "Multi-Cultural Manchester: Armenians". Manchester City Council. 2009-09-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-08-22.