"Ermənistan Prezidenti" (erm. Հայաստանի Նախագահ, translit. Hayastani Naxaqah) — Ermənistanın ali dövlət vəzifəsi. Ermənistan Prezidenti dövlətin başçısı hesab olunur.Lakin bu belə deyil. "Ermənistan Prezidenti", vəzifəyə "Ermənistan Parlamenti"ndə baş tutan seçim yolu ilə təyin olunur."Ermənistan Parlamentinin" 132 üzvü bir neçə mərhələdən ibarət olan seçim yolu ilə bir nəfəri yeddi il müddətinə "Ermənistan Prezidenti" vəzifəsinə seçir. Ermənistan Prezidenti seçilən şəxsin səlahiyyət müddəti seçildiyi il aprelin 9-dan başlayır və yeddi il sonra başa çatır.
Ermənistan Prezidenti | |
---|---|
erm. Հայաստանի Նախագահ | |
| |
Vəzifədədir Vaaqn Xaçaturyan 13 mart 2022-ci ildən | |
Başçılıq edir | Ermənistan |
Müraciət forması | Cənab Prezident |
Rəsmi iqamətgahı | Prezident Sarayı, İrəvan |
Səlahiyyət müddəti | 7 il |
Maaşı | İllik 15.873.600 Ermənistan dramı |
Vəzifənin təsis tarixi | 11 noyabr 1991 |
Vəzifədə birinci | Levon Ter-Petrosyan |
Rəsmi saytı | Prezidentinin rəsmi saytı |
Vikianbarda əlaqəli mediafayllar |
Hal-hazırkı prezident 2022-ci il martın 3-də yüksək texnologiyalar sənayesi naziri Vaaqn Xaçaturyan parlament tərəfindən ikinci turda Ermənistan prezidenti seçilib.[1]
1990-cı il avqustun 22-də Ermənistan SSR Ali Soveti "Ermənistanın dövlət müstəqilliyinin bərpası haqqında" Bəyannaməni qəbul etdi. 1991-ci il sentyabrın 22-də isə Ermənistanın dövlət müstəqilliyi haqqında referendum baş tutdu və həmin referendumun nəticələrinə əsasən Ermənistan dövlət müstəqilliyini elan etdi. Növbəti ay isə Ermənistanda birinci dəfə Prezident seçimləri baş tutdu. Seçimlərdə səslərin 82.00 faizini toplayan Levon Ter-Petrosyan, Ermənistanın birinci Prezidenti seçildi. Onun andiçmə mərasimi noyabrın 11-də baş tutdu.
Levon Ter-Petrosyanın birinci prezidentliyi dövründə Ermənistan Konstitusiyası hazırlandı və 1995-ci ildə baş tutan referendumda qəbul edildi. 1996-cı il noyabrın 11-də onun prezidentliyi dövrünün başa çatması ilə bağlı sentyabr ayının 22-də növbəti Prezident seçimləri baş tutdu. Həmin seçimlərdə Levon Ter-Petrosyan səslərin 50.30 faizini topladı və yenidən beş il müddətinə Ermənistan Prezidenti seçildi.
Amma 1998-ci il fevralın 3-də o, Ermənistan Prezidenti vəzifəsindən istefa verdi. Səbəb isə Levon Ter-Petrosyanın Baş nazir Robert Koçaryan, müdafiə naziri Vazqen Sarqisyan və daxili işlər naziri Serj Sarkisyan arasında baş verən düşüncə ayrılıqı oldu. Koçaryan-Sarqisyan-Sarqisyan üçlüyü Levon Ter-Petrosyanın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll olunması üçün münaqişə ərazisində demilirarizmim aparılması və 1992–1994-cü illərdə Azərbaycanın işğal olunan ərazilərinin bir hissəsinin onlara qaytarılması layihəsinə qarşı çıxdı və onu istefa verməyə məcbur etdi.
Ermənistan Konstitusiyasına əsasən isə Prezident istefa verdiyi üçün onun bütün səlahiyyətləri Baş nazirə, yəni Robert Koçaryana verildi. 1998-ci il martın 16-da növbəti Prezident seçimləri baş tutdu. Həmin gün namizədlər lazımi səs faizini toplaya bilmədiyi üçün, martın 30-da seçimlərin II turu baş tutdu və səslərin 58.90 faizini toplayan Robert Koçaryan, Ermənistanın 2-ci Prezidenti seçildi. Onun andiçmə mərasimi aprelin 9-da baş tutdu. Həmin gündən etibarən bütün Ermənistan Prezidentlərinin andiçmə mərasimləri aprelin 9-da baş tutur.
Robert Koçaryanın birinci prezidentliyi dövrü 1999-cu ildə Ermənistan Parlamentində baş verən terror hücumu ilə yadda qaldı. 2003-cü il fevralın 18-də Koçaryanın səlahiyyət müddətinin başa çatması ilə bağlı Prezident seçimləri baş tutdu. Beş il əvvəl baş verən hadisə yenə baş verdi və həmin gün namizədlər lazımi səs faizini toplaya bilmədiyi üçün, martın 5-də seçimlərin II turu baş tutdu və səslərin 67.45 faizini toplayan Robert Koçaryan, yenidən beş il müddətinə Ermənistan Prezidenti seçildi. Seçimlərin nəticələri elan olunduğdan sonra İrəvan şəhərinin Azadlıq meydanında 2004-cü ilin aprel ayına qədər baş tutan etirazlar dalğası başlasada, bu etirazlar seçimlərin nəticələrinə təsir göstərmədi və Robert Koçaryanın aprelin 9-da sonuncu prezidentliyi dövrü üçün andiçmə mərasimi baş tutdu.
2003-cü il mayın 25-də Ermənistan Konstitusiyasına dəyişmələr edilməsi haqqında referendum baş tutdu. Dəyişmələri əsasən Ermənistan Prezidentinin səlahiyyətləti genişləndirilməli idi. Həmin dəyişmənin lehinə səsverənlərin 50.56 faiz səs versədə, səsverənlərin 2/3 hissəsi səs vermədiyi üçün Konstitusiyaya dəyişmələr edilmədi.
2005-ci il noyabrın 27-də isə Ermənistan Konstitusiyasına seriyalı dəyişmələr edilməsi haqqında referendum baş tutdu. Həmin referendum bir sıra qərb dövlətləri tərəfindən təqdir edildi. Həmin dəyişmələrin lehinə səsverənlərin 94.50 faizi səs verdi və 1995-ci ildə qəbul edilən Ermənistan Konstitusiyasına seriyalı dəyişmələr edildi.
2008-ci ildə Robert Koçaryanın səlahiyyət müddəti başa çatdı və Ermənistanın 3-cü Prezidentinin seçilməsi üçün seçimlər baş tutdu. Fevralın 18-də baş tutan seçimlərdə əsas mübarizə üç namizəd arasında getdi: Sabiq daxili işlər naziri, müdafiə naziri, Baş nazir, Robert Koçaryanın silahdaşı Serj Sarkisyan, Ermənistanın 1-ci Prezidenti Levon Ter-Petrosyan və Parlamentin sabiq sədri Artur Baqdasaryan. Artur Baqdasaryanın səslərin 17.70 faizini, Levon Ter-Petrosyanın isə 21.50 faizini topladığı seçimlərin I turda, Serj Sarkisyan 52.82 faiz səs topladı və beş il müddətinə Ermənistan Prezidenti seçildi. Serj Sarkisyan ın bu qələbəsi özündə fevralın 20-də başlayan və 11 gün davam edən genişmiqyaslı etirazlarıda getirdi. 8 etirazçının, 1 polisin, 1 əsgərin qətlə yetirildiyi etirazlarda, 200-dən çox nəfər yaralandı, 106 nəfər isə həbs edildi. Etirazlar polislərin və əsgərlərin zor tətbiq etməsi nəticəsində dağıdıldı. 2011-ci ildə Ermənistanda genişmiqyaslı etirazlarla yadda qaldı. Yanvar ayından noyabr ayına qədər əsasən İrəvan şəhərində davam edən etirazların əsas məqsədi, Ermənistanda azad sosial-iqtisadi islahatların aparılması, 2008-ci il hadisələrində qətlə yetirilən etirazçıların qatillərinin ədalətli formada cəzalandırılması və siyasi məhbusların azad edilməsi idi. Amma bu etirazlarda, digər etirazlardan fərqlənmədi və zor tətbiq etmə və həbslərlə yadda qaldı.
Ermənistan Prezidenti vəzifəsinə seçilən şəxsin səlahiyyət müddəti 7 ildir |
Bir nəfər ardıcıl olaraq 7 ildən çox müddətə Ermənistan Prezidenti seçilə bilməz |
Ermənistan Prezidenti seçilən şəxsin andiçmə mərasimi Karen Dəmirçyan adına İdman-Konsert Sarayında baş tutur.
(doğum—vəfat illəri) |
||||||
(1945—) |
1991-ci il seçimlərində 82,00 % səs topladı | |||||
(istefa verdi) |
1996-cı il seçimlərində 50,30 % səs topladı | |||||
(1954—) |
Ermənistanın Baş naziri[a] | |||||
1998-ci il seçimlərində 58,90 % səs topladı | ||||||
2003-cü il seçimlərində 67,45 % səs topladı | ||||||
(1954—) |
2008-ci il seçimlərində 52,82 % səs topladı | |||||
2013-cü il seçimlərində 58,64 % səs topladı | ||||||
(1952—) |
2018-ci il seçimlərində 90 səs topladı | |||||
(1980—) |
Ermənistan Milli Assambleyasının sədri[b] | |||||
(1959—) |
13 mart 2029 |
2022-ci il seçimlərində 71 səs topladı | ||||
|
Ermənistan portalı |