Branka Rauniq

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Branka Rauniq
bosn. Branka Raunig
Doğum tarixi 1 yanvar 1935(1935-01-01)
Doğum yeri
Vəfat tarixi 13 iyun 2008(2008-06-13) (73 yaşında)
Vəfat yeri
Elm sahəsi arxeologiya
Təhsili

Branka Rauniq (bosn. Branka Raunig; 1 yanvar 1935, Sarayevo13 iyun 2008, Bixaç, Bosniya və Herseqovina Federasiyası) — Bosniya arxeoloqu, tarixdən əvvəlki dövrün tədqiqatçısı və muzey kuratoru.

Erkən illər

Branka Rauniq 1 yanvar 1935-ci ildə Sarayevoda anadan olmuşdur. Ömrünün ilk illəri Kraljevoda keçib . 1954–1958-ci illərdə Belqrad Universitetinin Fəlsəfə fakültəsində arxeologiya təhsili alıb . Müəllimlərindən biri arxeoloq Branko Havela idi .

Karyerası

Ilodiya qəbilələri, o cümlədən yapodlar

Universiteti bitirdikdən sonra, Rauniq Bosniya və Herseqovinaya geri qayıdır, Bihaçdakı Punye muzeyində işləməyə başlayır . Rauniq, yapodlar qəbiləsinə aid arxeoloji materiallarla işləyərkən sonrakı elmi karyerasını həsr etdiyi bu qədim Hind-Avropa xalqı ilə maraqlanmağa başlayır . 1963-cü ildə Rauniq, Punye bölgəsinə diqqət yetirərək yapodların tarixini öyrənməyə davam etdiyi Djakovo bölgəsində yerləşən muzeydə işə başlayır . Bu bölgədəki arxeoloji materiallara əsaslanaraq 1971-ci ildə müdafiə etdiyi magistr işini yazır . 1987-ci ildən başlayaraq 1998-ci ildə təqaüdə çıxanadək Rauniq Punyer muzeyinin direktoru vəzifəsində çalışmışdır. 1992-ci ildə Yapod qəbiləsinin sənəti və dini mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir .

Qazıntılar

Ripsedən arxeoloji tapıntılar

Elmi karyerası dövründə Rauniq qazıntılarda iştirak etmiş və işlərinin nəticələrini yqələmə almışdır. Onun bölgədəki arxeoloji obyektləri arasında — Srkvina-Qolubiç, Vranduk, Pod, Qradina və Sojeniçko, eləcə də yaxın bir site Qradişkaya yaxın ərazi yer almışdır . Rauniq Djakovodakı qəbiristanlıqları araşdırmış və orada Romalıların məskəninin olduğunu sübut etməkdə mühüm rol oynamışdır . O, qazıntılara rəhbərlik etdiyi dövrdə məscdidin tapılmasında da iştirak etmişdir . Raunig maddi mədəniyyətin bir çox cəhətləri ilə , eyni zamanda Krchanda aşkarlanan və Laten mədəniyyəti aid keramika araşdırmaları ilə maraqlanırdı . O həmçinin bölgədə tapılan tarixdən əvvəlki silahları da araşdırırdı . Rauniqin əsas marağı Bosniya tarixindən əvvəlki dövrlərdə olmasına baxmayaraq, eyni zamanda orta əsr abidələrini də öyrənmişdir .

Ölümü

Rauniq, 13 iyun 2008-ci ildə Bihaçda sətəlcəmdən vəfat etmişdir .

İstinadlar