Brendan Mürrey

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Brendan Mürrey
ing. Brendan Murray
Brendan Mürrey 2017-ci ildə
Brendan Mürrey 2017-ci ildə
Ümumi məlumatlar
Doğum adı Brendan Mürrey
ing. Brendan Murray
Doğum tarixi (27 yaş)
Doğum yeri Qoluey, İrlandiya
Vətəndaşlığı  İrlandiya
Musiqiçi məlumatları
Fəaliyyəti müğənni
Fəaliyyət illəri 2014–h.h.
Janr pop
Səs tembri messo-soprano
Albom şirkəti RCA Records[d]
Əlaqəsi Hometown qrupu
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Brendan Mürrey (ing. Brendan Murray; d. 16 noyabr 1996, Qoluey, İrlandiya) — İrlandiya müğənnisi. O, İrlandiyanı 2017 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir.

Musiqi karyerası

2014-2016: Hometown qrupu

2014-cü ildə Brendan Mürrey yeni yaradılmış İrlandiyalı Hometown musiqi qrupuna üzv seçilmişdir. Üzvü olduğu qrupun İrlandiyada üç mahnısı hitə çevrilmişdir. Onların 2015-ci ilin noyabr ayında işıq üzü görən debüt albomu İrlandiya albom siyahılarında ilk beşliyə yüksəlmişdir. 2016-cı ilin dekabr ayında isə qrup qeyri-müəyyən müddətə fasiləyə ayrıldığını elan etmişdir.

2017-indiki zaman: Avroviziya Mahnı Müsabiqəsi

2016-cı ilin dekabr ayında İrlandiyanın RTE telekanalı Brendan Mürreyin İrlandiyanı Ukraynanın paytaxtı Kiyevdə keçirilən Avroviziya 2017-də təmsil edəcəyini açıqlamışdır[1]. Müğənninin Avroviziyada ifa edəcəyi mahnı olan "Dying To Try" 2017-ci ilin mart ayında təqdim edilmişdir.

Brendan 11 may tarixində baş tutan müsabiqənin ikinci yarımfinal mərhələsində 9-cu səhnə almışdır. Nəticədə isə o yarımfinalda 86 xalla 13-cü yeri tutaraq, finala adlaya bilməmişdir.

Diskoqrafiya

Sinqllar

Mahnı adı İl
"Dying To Try" 2017

İstinadlar

  1. "Ireland: Brendan Murray to Eurovision 2017". Eurovoix. 2016-12-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 dekabr 2016.

Xarici keçidlər

Əvvəlki:
Niki Birn
"Sunlight"
İrlandiya Avroviziya Mahnı Müsabiqəsində

2017
Sonrakı:
Rayan O'Şounessi
"Together"