Cəlilabad Tarix-Diyarşünaslıq Muzeyi

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Cəlilabad Tarix – Diyarşünaslıq Muzeyi
Əsası qoyulub 1981
Mövzu Tarix
Yerləşir Cəlilabad, Heydər Əliyev prospekti 269
Kolleksiyası 4810 eksponat
Muzeyə yetişmək 39°12'33"N 48°30'10"E
Telefon (+994 25) 243-40-25
İş rejimi (II – VII) 10:00 – 18:00

Cəlilabad Tarix – Diyarşünaslıq Muzeyi — 1981-ci ildə yaradılmışdır. Muzey binası bir mərtəbədən ibarətdir. Sahəsi 300 kv.m-dir.Muzeydə 4810 ədəd eksponat vardır.[1]

Muzeyin tarixi

Cəlilabad Tarix — Diyarşünaslıq Muzeyi 1981-ci ildə yaradılıb və 29 aprel 2010-cu ildə cənab Prezident İlham Əliyevin iştirakı ilə yeni inşa olunmuş Tarix — Diyarşünaslıq Muzeyinin açılışı olmuşdur. Muzeyin ümumi sahəsi 300 kvadratmetrdir.[2]

Muzey ekspozisiyası

Muzeyin müxtəlif bölmələrində Cəlilabadın qədim tarixini əks etdirən eksponatlar, o cümlədən rayonda aparılan arxeloji qazıntılar nəticəsində tapılmış əşyalar nümayiş etdirilir. Burada, həmçinin etnoqrafik guşə vardır. Muzeydə 4000 — ə yaxın eksponat saxlanılır, son tunc, erkən dəmir, tunc, antik dəmir dövrləri və orta əsrlərə aid gil qablar, əmək alətləri və bəzək əşyaları, orta əsrlərin silahları və mis qablar nümayiş etdirilir.[3]Muzeyin həyətində Cəlilabadın qədim tarixini əks etdirən daş eksponatlar da toplanmışdır. Muzey ekspozisiyası 5 bölmədən ibarətdir:

  1. Təbiət bölməsi
  2. Arxeloji bölmə
  3. Antik və Orta əsrlər bölməsi
  4. Hərbi bölmə
  5. Kənd təsərrüfatı bölməsi

Həmçinin bax

Xarici keçidlər

  • "Yeni muzeyin açılışı". =https://azertag.az. İstifadə tarixi: 26.11.2020.
  • "Cəlilabad rayon Tarix-Diyarşünaslıq Muzeyi". http://kataloq.gomap.az. İstifadə tarixi: 26.11.2020.
  • "Beynəlxalq muzeylər günü". http://celilabad-ih.gov.az. İstifadə tarixi: 26.11.2020.
  • "Muzey haqqında". http://kataloq.gomap.az. İstifadə tarixi: 26.11.2020.

İstinadlar