Cəmiyyət adaları

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Cəmiyyət adaları
ing. Society Islands, fr. Îles de la Société
Adanın bayrağı
Adanın bayrağı
Ümumi məlumatlar
Sahəsi 1,590 km2 km²
Sahil uzunluğu 2000 m
Hündür nöqtəsi 2,241 m
Yerləşməsi
17°32′ c. e. 149°50′ q. u.
Ölkə  Fransa Polineziyası
Region
  • Sakit okean
Arxipelaq
Cəmiyyət adaları xəritədə
Cəmiyyət adaları
Cəmiyyət adaları
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Cəmiyyət adaları (fr. Îles de la Société), Yoldaşlıq adaları — Sakit okeanın cənubunda, Polineziyada arxipelaq. Fransanın mülkü.[1]

Sahəsi

Sahəsi 1,6 min km2 .[1]

Əhalisi

Əhalisi 235,3 min (2012). İnzibati mərkəzi Papeete şəhəridir.[1]

Coğrafi xüsusiyyətləri

Ceyms Kukun rəhbərlik etdiyi səyahət qrupu

İki qrup: Küləktutan və Küləktutmayan adalardan ibarətdir. Ən böyük adası Taitidir (sahəsi 1042 km2 ). Adaların çoxu vulkan mənşəlidir, mərcan rifləri ilə əhatələnmişdir. Maksimum hündürlüyü 2241 m (Taiti adasında). Tropik dəniz iqlimi var. Ortaaylıq temperaturlar 20-dən 26 °C-yədəkdir. Yağıntıların illik miqdarı 1500–2500 mm. Rütubətli meşələr, tropik bitki plantasiyaları var. Fosforit çıxarılır. Sədəf və mirvari əldə edilir. Balıq ovlanır. Cəmiyyət adalarını 1767-ci ildə ingilis C. Uollis kəşf etmişdir. London Kral Cəmiyyətinin şərəfinə adlandırılmışdır.[1]

Həmçinin bax

İstinadlar

  1. 1 2 3 4 Cəmiyyət adaları// Büssel – Çimli-podzol torpaqlar / baş red. M.K. Kərimov. — Azərbaycan Milli Ensiklopediyası. — Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi, 2014. — 25 cilddə. — V cild. — Səhifələrin sayı: 592. — Səh.: 276. — 25 000 nüsx. — ISBN 978-9952-441-10-9.

Xarici keçidlər