Camphorosma monspeliaca

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Camphorosma monspeliaca
Elmi təsnifat
Beynəlxalq elmi adı

Camphorosma monspeliaca (lat. Camphorosma monspeliaca) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin pəncərkimilər fəsiləsinin kafirotu cinsinə aid bitki növü.

Təbii yayılması

Aralıq dənizi ölkələri, Balkan yarımadasında, İran və Rusiyada yayılmışdır.

Botaniki təsviri

Hündürlüyü 10-40 sm olan çoxgövdəli, aşağı tərəfi odunlaşmış, çim əmələ gətirən yarımkolcuqdur. Uzunluğu 3–7 mm olan yarpaqları bizvari formadadır, üzəri uzun tüklərlə örtülmüşdür. Çiçəkləri sünbülvari çiçək qrupunda tək-tək yerləşir. Çiçəkyanlığının uzunluğu 2-2,5 mm, yumru-oval, tüklü, dişləri borucuqdan 2 dəfə qısadır. May ayında çiçəkləyir. Oktyabrda meyvə verir. Meyvələrdə ikidişli çiçəkyanlığı vardır. Toxumları hamar, yumru, qara-qonur, diametri təxminən 1 mm, vəziciklidir.

Ekologiyası

Günəşli, gilli çöllərdə, daşlı yamaclarda qrup şəklində bitir.

Azərbaycanda yayılması

Böyük Qafqazın qərbində, Kür-Araz ovalığında yayılmışdır.

İstifadəsi

Bitkinin tərkibində 0,2% efir yağı vardır. Bitki kamfora iyi verdiyi üçün xalq təbabətində oyadıcı, sidik və tərqovucu kimi istifadə edilir. Qış otlaqlarında mal-qara üçün yemdir. Tərkibində külün miqdarı azdır. Sulu məhlulu sinir xəstəliklərində, xroniki qripdə, soyuqdəymə xəstəliklərində istifadə edilir.

İstinadlar

  1. Linnaeus C. Species Plantarum (lat.): Exhibentes plantas rite cognitas ad genera relatas. 1753. C. 1. S. 122.

Həmçinin bax