Cedi Osman

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Cedi Osman
Mövqeyi qısa hücumçu[d], Oyun qurucu
Boyu 204 sm
Çəkisi 98 kq
Vətəndaşlığı
Doğum tarixi 8 aprel 1995(1995-04-08) (29 yaş)
Doğum yeri
Oyunçu seçimi Minnesota Timbervulvz
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Cedi Osman, (d. 8 aprel, 1995, Oxrid, Makedoniya), NBA müntəzəm çempionatının Şərq Konfransında mübarizə aparan Klivlend Kavalers forması geyən türk peşəkar basketbolçu. Boyu 2.03 m olan basketbolçu əsasən yaxın hücumçu mövqeyində oynayır. 2015-ci ildə NBA seçmələrində Minnesota Timbervulvz tərəfindən 2-ci mərhələdə, birinci sırada seçildi.[1] Daha sonra seçmələrin gerçəkləşdiyi 25 iyun günü, eyni gecə baş tutan mübadilə ilə Klivlend Kavalers komandasına keçdi.[2]

Həyatı

Atası türk, anası bosniyalı olan Cedi, 1995-ci ildə Makedoniyanın Oxrid şəhərində dünyaya gəldi.[3] 1999-cu ildə ailəsi ilə birlikdə Bosniya və Herseqovinanın Sarayevo şəhərinə köçdü.[3] Hərəkətli və hiperaktiv bir uşaq olan Cedini ailəsi altı yaşındaykən "KK Bosniya" klubuna yazdı.[4] Sarayevoda bir gün klubda basketbol oynarkən, Avroliqa komandası Anadolu Efesinin skoutları tərəfindən seyr edilərək kəşf edildi və 13 yaşındaykən ailəsi ilə birlikdə İstanbula gətirildi.[3] Türkiyəyə köçən və Türkiyə vətəndaşı olan Cedi, 2007-ci ildən etibarən Anadolu Efesin alt yaş qrupunda forma geyməyə başladı.[3] Anadolu Efesin alt yaş qrupunda ilk dəfə kiçik komandada oynamağa başladı və sonda ulduz və gənc komandalarında forma geydi. 2010-cu ildə, Ulduz komandası ilə Kişilər arasında Türkiyə Ulduz Basketbol Çempionatının qalibi oldu. Cedi, 2011-ci ildə "Jordan Brand Classic" beynəlxalq matçında oynaması üçün dəvət edildi və Mario Hezonca ilə Andryu Vigginsin oynadığı Dünya komandasında 27 dəqiqə meydanda olub 14 xal, 5 ribaund, 3 asist və 6 top oğurlama ilə oyunu tamamlandı.

Peşəkar karyerası

İstinadlar

  1.  (ing.)""Leader of the Pack"". nba.com. Archived from the original on 2017-09-16. İstifadə tarixi: 1 dekabr 2017.
  2.  (türk.)""Cedi Osman, NBA'de Minnesota Timberwolves tarafından draft edildi"". nba.com. 26 iyun 2015. Archived from the original on 2015-07-28. İstifadə tarixi: 1 dekabr 2017.
  3. 1 2 3 4  (türk.)"Cedi Osman kimdir ?". tr.eurosport.com. 21 iyul 2014. 2015-09-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 dekabr 2017.
  4.  (türk.)"Cedi Osman kariyeri". anadoluefessporkulubu.org. 3 yanvar 2015. 2014-12-08 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 21 dekabr 2017.