Xal (ing. points) — basketbol oyununda qalibi müəyyən edən göstərici. Cərimə atışında komandaya 1 xal, üçxallıq qövsdən 3 xal (FİBA: 6,75 m, NBA: 7,24 M), digər atış zamanı isə komandaya 2 xal verilir. NBA-da qövs kənarından atılan atışa rəsmi olaraq 1978-1980-cı mövsümdə, FİBA-nın keçirdiyi yarışlarda 1984-cü ildən 3 xal verilməyə başlanılmış. Ancaq ilk dəfə olaraq 3 xal Amerika Basketbol Assosiasiyasının keçirdiyi yarışlarda verilmiş (1967-1968). Daha çox xal toplamış komanda qalib elan olunur. Oyun boyu xal qazanan komandanın və oyunçuların statistikası aparılır (ing. points per game (PPG)). Basketbolda bu göstərici oyunçunun hücum effektliyini müəyyən edir.