Cedi Osman, (d. 8 aprel, 1995, Oxrid, Makedoniya), NBA müntəzəm çempionatının Şərq Konfransında mübarizə aparan Klivlend Kavalers forması geyən türk peşəkar basketbolçu. Boyu 2.03 m olan basketbolçu əsasən yaxın hücumçu mövqeyində oynayır. 2015-ci ildə NBA seçmələrində Minnesota Timbervulvz tərəfindən 2-ci mərhələdə, birinci sırada seçildi.[1] Daha sonra seçmələrin gerçəkləşdiyi 25 iyun günü, eyni gecə baş tutan mübadilə ilə Klivlend Kavalers komandasına keçdi.[2]
Cedi Osman | |
---|---|
Mövqeyi | qısa hücumçu[d], Oyun qurucu |
Boyu | 204 sm |
Çəkisi | 98 kq |
Vətəndaşlığı | |
Doğum tarixi | 8 aprel 1995 (29 yaş) |
Doğum yeri |
|
Oyunçu seçimi | Minnesota Timbervulvz |
Vikianbarda əlaqəli mediafayllar |
Atası türk, anası bosniyalı olan Cedi, 1995-ci ildə Makedoniyanın Oxrid şəhərində dünyaya gəldi.[3] 1999-cu ildə ailəsi ilə birlikdə Bosniya və Herseqovinanın Sarayevo şəhərinə köçdü.[3] Hərəkətli və hiperaktiv bir uşaq olan Cedini ailəsi altı yaşındaykən "KK Bosniya" klubuna yazdı.[4] Sarayevoda bir gün klubda basketbol oynarkən, Avroliqa komandası Anadolu Efesinin skoutları tərəfindən seyr edilərək kəşf edildi və 13 yaşındaykən ailəsi ilə birlikdə İstanbula gətirildi.[3] Türkiyəyə köçən və Türkiyə vətəndaşı olan Cedi, 2007-ci ildən etibarən Anadolu Efesin alt yaş qrupunda forma geyməyə başladı.[3] Anadolu Efesin alt yaş qrupunda ilk dəfə kiçik komandada oynamağa başladı və sonda ulduz və gənc komandalarında forma geydi. 2010-cu ildə, Ulduz komandası ilə Kişilər arasında Türkiyə Ulduz Basketbol Çempionatının qalibi oldu. Cedi, 2011-ci ildə "Jordan Brand Classic" beynəlxalq matçında oynaması üçün dəvət edildi və Mario Hezonca ilə Andryu Vigginsin oynadığı Dünya komandasında 27 dəqiqə meydanda olub 14 xal, 5 ribaund, 3 asist və 6 top oğurlama ilə oyunu tamamlandı.