Co Pantoliano

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Co Pantoliano
ing. Joe Pantoliano
Doğum adı Joseph Peter Pantoliano
Doğum tarixi 12 sentyabr 1951(1951-09-12)[1] (72 yaş)
Doğum yeri
Vətəndaşlığı
Fəaliyyəti aktyor, ssenarist, film prodüseri
Fəaliyyət illəri 1974-cü ildən
Təhsili
IMDb ID0001592
joeypants.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Cozef Piter "Co" Pantoliano (12 sentyabr 1951[1], Hoboken, Nyu Cersi[2])[3] — amerikan film və televiziya aktyoru. Emmi mükafatının sahibi.[4] Əsasən "Matris" və "Memento" filmlərindəki rollarına görə məşhurluq qazanmışdır. Yüzdən çox film və serialda çəkilib.

Bioqrafiya

Co Pantoliano 12 sentyabr 1951-ci ildə ABŞ-nin Hoboken şəhərində, italyan ailəsində anadan olub. Hal-hazırda keçmiş model xanımı Nensi Şepard və dörd övladı ilə birlikdə yaşayır.[5]

Karyerası

1987-ci ildə o, Stiven Spilberqin "Günəş imperiyası" filmində Frenk Demarast rolunda çəkilir. 1999-cu ildə məşhur Matriks üçlüyündən birinci hissəsində baş rollardan birini, Sayfer rolunu ifa edir.

2003-cü ildə Pantoliano Soprano ailəsi teleserialındakı Ralf Sifaretto roluna görə Emmi mükafatı ilə mükafatlandırılır.

2007-ci ilin oktyabrında Co ictimaiyyətə müraciət edərək deyir ki, "Canvas" filmi onu dərin depressiyaya salıb və o belə problemləri olan insanlara yardım üçün cəmiyyət yaratdığını elan edir. Xroniki disleksiyadan əziyyət çəkir (oxumaq qabiliyyəti olmayan).

Filmoqrafiya

  1. Körpə gəzintidə (film, 1994)
  2. Memento (film, 2000)

Mükafatlar

İstinadlar

  1. 1 2 Joe Pantoliano // Internet Broadway Database (ing.). 2000.
  2. 1 2 Deutsche Nationalbibliothek Record #141729465 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
  3. "Joe Pantoliano Biography (1951?-)". 2017-09-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-03-20.
  4. 1 2 http://www.imdb.com/name/nm0001592 Arxivləşdirilib 2022-09-05 at the Wayback Machine EMMI Award
  5. "Yahoo! Movies — Joe Pantoliano Biography". 2011-05-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-03-20.

Xarici keçidlər