Matris (ing. The Matrix) — Vaçovskilərin 1999-cu ildə çəkdiyi elmi fantastika, döyüş filmi.[13] Bu "Matris" seriyasının ilk filmidir. Filmdə çəkiliblər: Kianu Rivz, Lorens Fişborn, Kerri-Enn Moss, Hüqo Vivinq və Co Pantoliano. Film gələcəkdə keçir, burada insanlar ağıllı maşınların yaratdığı süni dünyada – Matris adı verilən simulyasiyada saxlanılıblar. Maşınlar insanların bədənlərindən enerji mənbəyi kimi istifadə edir.[14] Günlərin birində "Neo" kimi tanınan kompüter proqramçısı, haker Tomas Anderson həqiqətlə tanış olur. O, Matrisdən qurtulmuş bir qrup insana qoşulur və onlarla birlikdə maşınlara qarşı mübarizə aparır.
Matris | |
---|---|
ing. The Matrix | |
Janr | triller filmi[1][2][…], antiutopiya filmi[d], kiberpank, döyüş-triller[d], elmi-fantastika filmi, döyüş filmi, Nuar filmi[d][3], superqəhrəman filmi |
Əsas mövzu | süni intellekt |
Ssenari müəllifi | |
Baş rollarda | |
Operator |
|
İstehsalçılar | Village Roadshow Pictures[d], Warner Bros.[6] |
Distribütor | Warner Bros., InterCom[d], Netflix, HBO Max[d] |
İlk baxış tarixi | 31 mart 1999[7], 14 iyul 1999[8], 17 iyun 1999[9] |
Müddət | 136 dəq. |
Yaş həddi | 16+ |
Büdcə | 63.000.000 $[7] |
Gəlir | 467.222.728 $[10], 172.076.928 $[10] |
Ölkələr | |
Dil | ingilis dili |
Sonrakı film | Matris: Yenidən yüklənmə |
Rəng | rəngli |
Çəkiliş yeri | San-Fransisko, Sidney, Avstraliya |
IMDb | ID0133093 |
Vikianbarda əlaqəli mediafayllar |