Cun Aşida

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Cun Aşida
Doğum tarixi 21 avqust 1930(1930-08-21)[1]
Doğum yeri
Vəfat tarixi 20 oktyabr 2018(2018-10-20)[2] (88 yaşında)
Vəfat səbəbi ağciyər iltihabı
Fəaliyyəti dəb dizayneri
Mükafatları "İncəsənət və ədəbiyyat" ordeninin zabit dərəcəsi "Bənövşəyi lent" medalı

Cun Aşida (芦田 淳, Aşida Cun?, 21 avqust 1930[1], Concu, Yaponiya imperiyası20 oktyabr 2018[2])Yaponiya dəb dizayneri. Yaponiya imperator evi üçün dizayn etdiyi geyimlərə görə tanınır. Onun ikinci qızı Tae Aşida da dəb dizayneridir.[3]

Həyatı

Cun Aşida 1930-cu ildə Yaponiyanın hakimiyyəti altında olan Koreyada həkim ailəsində doğulmuşdur.[4] O, səkkizuşaqlı ailənin ən kiçik üzvü olmuşdur.[3] Aşida orta təhsilini tamamlamaq üçün Yaponiyada qayıtmış, İkinci dünya müharibəsindən əvvəl ABŞ-dən qayıdan böyük qardaşının və onun həyat yoldaşının geyimlərini gördükdən sonra dəb dizayneri olmaq qərarına gəlmişdir.[3] O, rəssam və dizayner Cuniçi Nakaharanın tələbəsi olmuşdur.[3] 1960-cı ildə Takaşiyama alış-veriş mərkəzində və "Teijin" parça şirkətində məsləhətçi dizayner kimi işləməyə başlamışdır.[4] 1963-cü ildə öz brendini yaratmışdır.[3]

Aşida ilk kolleksiyasını 1964-cü ildə Tokioda təqdim etmişdir.[3] Şahzadə Tsuqu üçün dizayn etdiyi kostyum bəyənildiyinə görə 1966-cı ildə Şahzadə Miçikonun eksklüsiv dizayneri təyin edilmiş və on il bu vəzifədə qalmışdır.[4] O, 1993-cü ildə Şahzadə Masakonun toyu üçün axşam geyimi dizayn etmişdir.[3]

1977-ci ildə Paris dəb şousunda Aşidanın kolleksiyası nümayiş etdirilmişdir.[4] 1989-cu ildə Parisdə öz mağazasını açmışdır.[4] 1994-cü Hiroşima şəhərində keçirilmiş Asiya oyunları[5] və 1996-cı ildə Atlanta şəhərində keçirilmiş Olimpiya oyunları zamanı Yaponiya milli komandaları üçün, eləcə də, All Nippon AirwaysImperial Hotel üçün formalar dizayn etmişdir.[4] 2018-ci ildə pnevmoniyadan ölmüşdür.[3]

Mükafatları

Aşida 1971-ci ildə Dəb Redaktoru Klubu Mükafatı,[6] 1991-ci ildə "Bənövşəyi lent" medalı və 2006-cı ildə "Doğan günəş" ordeni ilə təltif olunmuşdur.[3] O, Fransa, İtaliya, Lüksemburq kimi ölkələrin beynəlxalq mükafatlarına layiq görülmüşdür.[5]

Yazıları

  • "Kuraşi no Esprit" (1984, "Sankei Shimbun" qəzeti üçün)[6]
  • "Boku va Young Man" (1986, esselər toplusu)[6]
  • "Asu e no Vaday" (1997, "Nihon Keizai Shimbun" qəzeti üçün)[6]
  • "Hiqe no Sori Nokoşi" (1998, esselər toplusu)[6]
  • "Cun Aşida no Bi no Doco" (2005, "Sankei Shimbun" qəzeti üçün)[6]
  • "Vataşi no Rirekişo" (2009, "Nihon Keizai Shimbun" qəzeti üçün)[6]
  • "Tomey na Cikan" (2010, esselər toplusu)[6]
  • "Hito Dori no Sukunay Miçi" (2011, esselər toplusu)[6]
  • "Hiqe no Sori Nokoşi" (2013, esselər toplusu)[6]

İstinadlar

  1. 1 2 Jun Ashida // SNAC (ing.). 2010.
  2. 1 2 デザイナーの芦田淳さん死去 皇族の服も手がける.
  3. 1 2 3 4 5 6 7 8 9 "Jun Ashida, former personal designer for Empress Michiko, dies at age 88". Japan Times (ingiliscə). 23 oktyabr 2018. 23 sentyabr 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 sentyabr 2022.
  4. 1 2 3 4 5 6 "Jun Ashida, who designed clothes for Imperial Family, celebrities, dies at 88". Mainichi (ingiliscə). 23 oktyabr 2018. 23 sentyabr 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 sentyabr 2022.
  5. 1 2 "Jun Ashida, who designed clothes for imperial family, dies at 88". Kyodo News (ingiliscə). 22 oktyabr 2018. 23 sentyabr 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 sentyabr 2022.
  6. 1 2 3 4 5 6 7 8 9 10 "Jun Ashida". Rəsmi saytı (ingiliscə). 23 sentyabr 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 sentyabr 2022.

Xarici keçidlər