Cun Aşida

Cun Aşida (芦田 淳, Aşida Cun?, 21 avqust 1930, Concu, Yaponiya imperiyası20 oktyabr 2018[1])Yaponiya dəb dizayneri. Yaponiya imperator evi üçün dizayn etdiyi geyimlərə görə tanınır. Onun ikinci qızı Tae Aşida da dəb dizayneridir.[2]

Cun Aşida
Doğum tarixi 21 avqust 1930(1930-08-21)
Doğum yeri
Vəfat tarixi 20 oktyabr 2018(2018-10-20)[1] (88 yaşında)
Vəfat səbəbi ağciyər iltihabı
Vətəndaşlığı
Fəaliyyəti dəb dizayneri
Mükafatları "İncəsənət və ədəbiyyat" ordeninin zabit dərəcəsi "Bənövşəyi lent" medalı

Həyatı[redaktə | mənbəni redaktə et]

Cun Aşida 1930-cu ildə Yaponiyanın hakimiyyəti altında olan Koreyada həkim ailəsində doğulmuşdur.[3] O, səkkizuşaqlı ailənin ən kiçik üzvü olmuşdur.[2] Aşida orta təhsilini tamamlamaq üçün Yaponiyada qayıtmış, İkinci dünya müharibəsindən əvvəl ABŞ-dən qayıdan böyük qardaşının və onun həyat yoldaşının geyimlərini gördükdən sonra dəb dizayneri olmaq qərarına gəlmişdir.[2] O, rəssam və dizayner Cuniçi Nakaharanın tələbəsi olmuşdur.[2] 1960-cı ildə Takaşiyama alış-veriş mərkəzində və "Teijin" parça şirkətində məsləhətçi dizayner kimi işləməyə başlamışdır.[3] 1963-cü ildə öz brendini yaratmışdır.[2]

Aşida ilk kolleksiyasını 1964-cü ildə Tokioda təqdim etmişdir.[2] Şahzadə Tsuqu üçün dizayn etdiyi kostyum bəyənildiyinə görə 1966-cı ildə Şahzadə Miçikonun eksklüsiv dizayneri təyin edilmiş və on il bu vəzifədə qalmışdır.[3] O, 1993-cü ildə Şahzadə Masakonun toyu üçün axşam geyimi dizayn etmişdir.[2]

1977-ci ildə Paris dəb şousunda Aşidanın kolleksiyası nümayiş etdirilmişdir.[3] 1989-cu ildə Parisdə öz mağazasını açmışdır.[3] 1994-cü Hiroşima şəhərində keçirilmiş Asiya oyunları[4] və 1996-cı ildə Atlanta şəhərində keçirilmiş Olimpiya oyunları zamanı Yaponiya milli komandaları üçün, eləcə də, All Nippon AirwaysImperial Hotel üçün formalar dizayn etmişdir.[3] 2018-ci ildə pnevmoniyadan ölmüşdür.[2]

Mükafatları[redaktə | mənbəni redaktə et]

Aşida 1971-ci ildə Dəb Redaktoru Klubu Mükafatı,[5] 1991-ci ildə "Bənövşəyi lent" medalı və 2006-cı ildə "Doğan günəş" ordeni ilə təltif olunmuşdur.[2] O, Fransa, İtaliya, Lüksemburq kimi ölkələrin beynəlxalq mükafatlarına layiq görülmüşdür.[4]

Yazıları[redaktə | mənbəni redaktə et]

  • "Kuraşi no Esprit" (1984, "Sankei Shimbun" qəzeti üçün)[5]
  • "Boku va Young Man" (1986, esselər toplusu)[5]
  • "Asu e no Vaday" (1997, "Nihon Keizai Shimbun" qəzeti üçün)[5]
  • "Hiqe no Sori Nokoşi" (1998, esselər toplusu)[5]
  • "Cun Aşida no Bi no Doco" (2005, "Sankei Shimbun" qəzeti üçün)[5]
  • "Vataşi no Rirekişo" (2009, "Nihon Keizai Shimbun" qəzeti üçün)[5]
  • "Tomey na Cikan" (2010, esselər toplusu)[5]
  • "Hito Dori no Sukunay Miçi" (2011, esselər toplusu)[5]
  • "Hiqe no Sori Nokoşi" (2013, esselər toplusu)[5]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 デザイナーの芦田淳さん死去 皇族の服も手がける.
  2. 1 2 3 4 5 6 7 8 9 "Jun Ashida, former personal designer for Empress Michiko, dies at age 88". Japan Times (ingiliscə). 23 oktyabr 2018. 23 sentyabr 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 sentyabr 2022.
  3. 1 2 3 4 5 6 "Jun Ashida, who designed clothes for Imperial Family, celebrities, dies at 88". Mainichi (ingiliscə). 23 oktyabr 2018. 23 sentyabr 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 sentyabr 2022.
  4. 1 2 "Jun Ashida, who designed clothes for imperial family, dies at 88". Kyodo News (ingiliscə). 22 oktyabr 2018. 23 sentyabr 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 sentyabr 2022.
  5. 1 2 3 4 5 6 7 8 9 10 "Jun Ashida". Rəsmi saytı (ingiliscə). 23 sentyabr 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 sentyabr 2022.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]