Dünya Təhsil Forumu

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.

Dünya Təhsil Forumu (ing. World Education Forum) — Dünyanın aparıcı təşkilatlarının təhsilə cəlb olunması istiqamətində fəaliyyət göstərən beynəlxalq qurum.

Tarixi

İlk Dünya Təhsil Forumu 2000-ci ilin aprelində Seneqalın paytaxtı Dakar şəhərində keçirilmişdir.[1] Bu Forumda BMT-nin 5 agentliyi – Dünya Bankı, UNESCO, UNİCEF, UNFPAUNDP rəhbərlərinin iştirakı ilə çağırılmışdır.[2] Həmin forumda "Minilliyin İnkişaf Məqsədləri" müzakirə olunmuş və "Hamı üçün təhsil" sənədi qəbul edilmişdir.[3] İlk Forum yeni əsrdə təhsilin məqsədlərini və aktual problemlərini müəyyənləşdirmişdir.[4] Forum ayrı-seçkilikdən uzaq olan, müasir tələblərə çavab verən mükəmməl təhsil sisteminin formalaşmasını bir vəzifə kimi irəli sürmüş, hər bir ölkəyə öz milli proqramını hazırlamağı tövsiyə etmişdir.[4] Həmin forumda 180 ölkə rəsmi şəkildə 2015-ci ilə qədər bütün uşaqların təhsilə cəlb olunması öhdəliyini götürmüşdür.[2]

2015-ci ildə "Minilliyin İnkişaf Məqsədləri"nin icra müddəti başa çatmışdır.[3] Bu səbəbdən UNESCOKoreya Respublikasının birgə təşkilatçılığı ilə 2015-ci il, 19–22 may tarixlərində Koreya Respublikasının İnçon şəhərində ikinci Dünya Təhsil Forumu keçirilmiş və 2015-ci ildən sonrakı dövr üçün təhsil sahəsində "Davamlı İnkişaf Məqsədləri" müzakirə edilmişdir.[3]

İştirakçıları

Forumda iştirak edən qurumlar sırasına böyük təşkilatlar daxildir: UNESCO, Dünya Bankı, Asiya İnkişaf Bankı.

İstinadlar

  1. "UNESCO - Education for All". UNESCO. 2016-08-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-05-28.
  2. 1 2 Küçədən məktəbə — ailədən cəmiyyətə Arxivləşdirilib 2016-03-05 at the Wayback Machine. ulfet-az.com, 11.02.2011  (az.)
  3. 1 2 3 Təhsil nazirinin başçılıq etdiyi nümayəndə heyəti Dünya Təhsil Forumunda iştirak edib [ölü keçid]. "Azərbaycan müəllimi" qəzeti, 23.05.2015, № 18, səh. 2.  (az.)
  4. 1 2 TƏHSİL İŞÇİLƏRİNİN RESPUBLİKA MÜŞAVİRƏSİ Arxivləşdirilib 2016-03-04 at the Wayback Machine. azertag.az, 19.08.2001  (az.)