Dünya Təhsil Forumu (ing. World Education Forum) — Dünyanın aparıcı təşkilatlarının təhsilə cəlb olunması istiqamətində fəaliyyət göstərən beynəlxalq qurum.
İlk Dünya Təhsil Forumu 2000-ci ilin aprelində Seneqalın paytaxtı Dakar şəhərində keçirilmişdir.[1] Bu Forumda BMT-nin 5 agentliyi – Dünya Bankı, UNESCO, UNİCEF, UNFPA və UNDP rəhbərlərinin iştirakı ilə çağırılmışdır.[2] Həmin forumda "Minilliyin İnkişaf Məqsədləri" müzakirə olunmuş və "Hamı üçün təhsil" sənədi qəbul edilmişdir.[3] İlk Forum yeni əsrdə təhsilin məqsədlərini və aktual problemlərini müəyyənləşdirmişdir.[4] Forum ayrı-seçkilikdən uzaq olan, müasir tələblərə çavab verən mükəmməl təhsil sisteminin formalaşmasını bir vəzifə kimi irəli sürmüş, hər bir ölkəyə öz milli proqramını hazırlamağı tövsiyə etmişdir.[4] Həmin forumda 180 ölkə rəsmi şəkildə 2015-ci ilə qədər bütün uşaqların təhsilə cəlb olunması öhdəliyini götürmüşdür.[2]
2015-ci ildə "Minilliyin İnkişaf Məqsədləri"nin icra müddəti başa çatmışdır.[3] Bu səbəbdən UNESCO və Koreya Respublikasının birgə təşkilatçılığı ilə 2015-ci il, 19–22 may tarixlərində Koreya Respublikasının İnçon şəhərində ikinci Dünya Təhsil Forumu keçirilmiş və 2015-ci ildən sonrakı dövr üçün təhsil sahəsində "Davamlı İnkişaf Məqsədləri" müzakirə edilmişdir.[3]
Forumda iştirak edən qurumlar sırasına böyük təşkilatlar daxildir: UNESCO, Dünya Bankı, Asiya İnkişaf Bankı.