Dəbdab

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Dəbdab
29°58′03″ şm. e. 9°25′26″ ş. u.
Ölkə
Tarixi və coğrafiyası
Sahəsi
  • 31.537 km²
Saat qurşağı
Rəqəmsal identifikatorlar
Poçt indeksi 33220
Xəritəni göstər/gizlə
Dəbdab xəritədə
Dəbdab
Dəbdab
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Dəbdab (ərəb. دبداب‎) — Əlcəzairin şərqində, İllizi vilayətində şəhər və kommuna. İn-Amenas rayonuna daxildir.

Coğrafi mövqe

Şəhər vilayətin şimal-şərqində, Böyük Səhranın şimal hissəsində, Liviya ilə dövlət sərhədi yaxınlığında, ölkənin paytaxtı Əlcəzairdən təxminən 947 kilometr (588 mil) cənub-şərqdə yerləşir.

Debdeb kommunası Bürc-Ömər-Driss və İn-Amenas kommunaları, həmçinin Uarqla vilayəti, Liviya və Tunis əraziləri ilə həmsərhəddir. Sahəsi 31,537 km2-dir.

İqlimi

Şəhərin iqlimi quraq isti kimi xarakterizə olunur. İl ərzində yağıntı demək olar ki, yoxdur (orta illik miqdarı – 30 mm). Orta illik temperatur 22,3 °C-dir. Ən soyuq ayın (yanvarda) orta temperaturu 10,4 °C, ən isti ayda (iyulda) 32,5°C-dir.[1] .

Nəqliyyat

53 nömrəli respublika əhəmiyyətli avtomobil yolu şəhərdən keçir.

İstinadlar

  1. "Climate: Debdeb" (ingilis). Climate-Data.org. 2019-01-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-01-27.