Dağ bellevaliyası

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Dağ bellevaliyası
Elmi təsnifat
Beynəlxalq elmi adı

Dağ bellevaliyası (lat. Bellevalia montana) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin qulançarkimilər fəsiləsinin bellevaliya cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir –VU D2. Azərbaycanın nadir, Qafqazın endemik növüdür.

Qısa morfoloji təsviri

Çoxillik ot bitkisidir. Soğanağı iri, dəyirmi, 4-5 sm uzunluğunda və 3 sm enindədir. Gövdənin hündürlüyü 20—40 sm arasında dəyişir.Yarpaqları rozet, enli neştərvari, 25—30 sm uzunluğunda, 2-3 sm enindədir. Salxım uzunsov, çoxçiçəkli, enli-piramidavari çiçək saplağı çox uzundur. Çiçəkyanlğı 10 mm uzunluğunda, uzunsov boruşəkillidir, solğun-bənövşəyi, qonur, qurudulduqda sarımtıl-qırmızı, üçkünc-yumurtavari olub, sivriləşmiş, uzunluğu çiçəkyanlığından qısadır. Sütuncuq yumurtalıqdan və tozluqdan uzun, azca çiçəkyanlığınadan kənara çıxır. Qutucuq iri, yumurtavari və basıqdır.

Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri

Çiçəkləməsi aprel, meyvələməsi may aylarına təsadüf edir. Çxalması soğanaq və toxumladır. Aşağı və orta dağ qurşaqlarında quru, daşlı yamaclarda bitir. Geofit bəzək və qida bitkisidir. Kseromezofitdir.

Yayılması

Naxçıvanın dağlıq hissəsi (Qaraquş dağı, Culfa rayonu, Gülüstan kəndinin ətrafı).

Sayı və tendensiyası

Populyasiyanın təbii bərpası azalır, yeganə lokalitetində mənfi iqlimə və antropogen təsirlərə həssaslıq müşahidə olunur.

Məhdudlaşdırıcı amillər

Əhali tərəfindən intensiv toplanması və qida kimi istifadə olunması.

Mühafizə tədbirləri

Mühafizəsi üçün xüsusi tədbirlər görülmür. Yayılma yerlərində antropogen təsirlərin qarşısının alınması üçün yasaqlıqlar təşkil olunmalı, yeni yayılma sahələri axtarılmalıdır.

Sinonimləri

  • Bellevalia albana Woronow
  • Bellevalia glauca auct.
  • Bellevalia wilhelmsii (Steven) Woronow 
  • Muscari wilhelmsii Steven

İstinadlar

Həmçinin bax